Ceyranbatanda əhali yüksəkgərginlikli xətlərin altında yaşamalı olacaq

1208

Ceyranbatan qəsəbəsi, Yeni yaşayış massivinin sakinləri problemlə üzləşib.

 

Onsuz da yüksəkgərginlikli xətlərin keçdiyi ərazidə məskunlaşan sakinlər bundan sonra daha yüksək gərginlik altında yaşamalı olacaq. Çünki ərazidən keçən 110 min kv-lıq elektrik xətləri  220 min kv-luq xətlərlə əvəzlənir. Sumqayıt elektrik stansiyasından Zabrat elektrik yarımstansiyasına enerjinin ötürülməsi məqsədilə çəkilən xətlərin evlərə yaratdığı təhlükə bir yana qəsəbəyə gedən yolu da kəsir. Hətta işıq dirəklərini yerləşdirmək üçün bəzi sakinlərin hasarı belə sökülüb.

 

“Azərnereji” ASC-nin mətbuat xidmətindən isə bildirilər ki, yeni xətlər qurumun balansındadır və işlər də onlar tərəfindən aparılır, amma xətlər üçün yeri “Azərenerji” seçməyib. Bu məsələdə məsul tərəf Abşeron Rayon İcra Hakimiyyətidir. Abşeron rayon İcra hakimiyyətindən isə bildirdilər ki, ərazidə əvvəldən yüksəkgərginlikli xətlər olduğundan icra hakimiyyətinin yer göstərməsinə ehtiyac olmayıb. ARİH-nin memarlıq tikinti şöbəsinin müdiri Akif Əliyev bildirib ki, Sumqayıt Abşeron rayonlarının ərazisində keçən bir xətdir:

 

“Onlarda mövcud xəttin yerində quraşdırılır. Yeni deyil ki, biz təklif edək. Sadəcə biz buna etiraz etmirik. Orda hər hansı vətəndaşın evinin üstünə düşürsə, vətəndaş özü elektrik xəttinin mühafizə zolağında tikinti aparıb”. Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri Cavanşir Zeynalov isə məsələ ilə bağlı dəfələrlə “Azərenerji” ASC-yə müraciət etdiklərini deyir: “”Azerenerji” bildirir ki, bu layihədir. Bu layihəyə görə əvvəlki xətlərimizi daha yüksəyi ilə əvəz edirik. Onlar deyir ki, bizim başqa alternativimiz yoxdur”.

 

atvxeber.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər