Çində koronavirusa görə yaradılan xəstəxanalar vəziyyət yaxşılaşdığı üçün bağlanır

124

Çinin Uhan şəhərində sürətlə yayılan koronavirusla bağlı yaradılan xəstəxanalar bağlanır.

APA-nın “The Paper”ə istinadən verdiyi xəbərə görə, artıq Çin hökuməti Uhanda koronavirusa qarşı yaradılmış müvəqqəti xəstəxanaları bağlamaq qərarı verib.

Çində virusun yayılması azaldığı üçün bu qərarın verildiyi bildirilir.

Ötən gün ölkədə digər günlərlə nisbətdə cəmi 19 yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, virusun sürətli yayılması səbəbindən Çin tez bir zamanda sərgi və idman salonlarını xəstəxanalara çevirib, eyni zamanda yeni xəstəxanalar tikmək üçün işlər görülüb.

Xatırladaq ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 114569, ölənlərin sayı isə 4028-dir. Çində virusa yoluxanların sayı 80761, ölənlərin sayı isə 3136-dır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər