Cinsi gücü artıran 9 MEYVƏ

433
Bəzi meyvə və tərəvəzlər cinsi problemdən tutmuş yaddaşı gücləndirməyə qədər məsələdə faydalıdır.

“Ölkə.Az” xəbər verir ki, bu meyvə və tərəvəzləri normal şəkildə və qaydalara uyğun qəbul etdikdə bir çox dərdin dərmanı olur.

Qaragilə

Qaragilə orqanizmdəki qan damarlarına çox faydalıdır. Eyni zamanda bədəndəki sirkulyasiyanı da artırır. Tərkibində lifin miqdarı çoxdur və xolesterolun azalmasına kömək edir. Qaragilə damarlarda tıxanmanın qarşısını alır, qan dövranını sürətləndirir.

Narıncı meyvələr

25 min kişinin iştirakı ilə baş tutan elmi tədqiqat zamanı məlum olub ki, naringi və portağal qəbul edən kişilərdə cinsi problem 20 faiz həll olur. Xüsusən də payız aylarında bu meyvələri qəbul etmək immunitet sistemini də gücləndirir.

Yerkökü

Türkiyəli professor Adnan Saraçoğlu yerkökünü təbii viaqra adlandırır. Yerkökünün tərkibində cinsi münasibət hormonlarını aktivləşdirən maddələr var.

Qarpız

ABŞ Kənd Təsərrüfatı nazirliyinin apardığı tədqiqat məlum edib ki, qarpızın tərkibində olan sitrillin maddəsi orqanizmin rahatlanması və qan damarlarının genişlənməsinə kömək edir.

Zoğal 

Zoğalın afrodizyak təsiri var. Hər gün bir ovuc yemək məsləhət görülür. Cinsi problemlərlə yanaşı bir çox xəstəliyə də müsbət təsir edir. Orqanizmin müqavimətini artırır, ürək xəstəlikləri və diabetə qarşı orqanizmi qoruyur.

İyli kərəviz

İyli kərəviz kişilərdə cinsi gücü artırır. Cinsi sağlamlıq üçün ən azı həftədə bir dəfə qəbul edilməlidir.

Püstə

Tərkibində E vitamini yüksək miqdardadır. Bu isə cinsi zəifliyi aradan qaldırır.

Moruq

Tərkibində antosiyan maddəsi çoxdur. Bu isə orqanizmdə afrodizyak təsiri yaradır. Bununla yanaşı, yüksək qan təzyiqini aşağı salır, qanı təmizləyir. Həzm sisteminə müsbət təsir edir.

Əncir

Əncir ən güclü afrodizyaklardan biridir. Cinsi zəifliyi aradan qaldırmaq üçün bol-bol qəbul etmək lazımdır. Əncirin tərkibində E və B vitamini boldur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər