Corat qəsəbəsində səyyar görüş keçirilib – FOTO

858

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Corat qəsəbəsində səyyar qəbulu keçirilib.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, bəzi müraciətlər yerindəcə həll olunub.

Şəhər rəhbəri ilə görüşən sakinlər onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Bildirilib ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər