“Çox ağırdır, yoruluram” – Qurban Qurbanov

1574

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı əvvəlcə 1:0 hesabıyla qalib gəldikləri matç haqda danışıb:

– Danşmağa ehtiyac yoxdu. Hər şey bəllidi. Neçə vaxtdı futbolçular bir yerdə deyildilər və uzun fasilədən sonra oynadıq. Texniki səhvdən xəbəriniz. “Səbail”i təbrik edirəm bu 3 xala görə.

 – Həmin anda futbolçuların bundan xəbəri vardı?

– Yox.

– Bu səhvə görə məxsul şəxs, günahkar kimdi?

– Protokolu kim yazsa da, ona hamı baxmalıdı. Eləcə də hakimlər. Əlbəttə. ən günah bizdədi. 22 nəfərlik yerdə 23 nəfər oturubsa, biri artıqdı. Hakimlər də diqqətli olmalıdı. Hamı yoxlamalıdı. Bundan sonra köməkçilərim daha diqqətli olmalıdı. İstəmərəm ki, digər klublarda da bu aqibət olsun. Hamımız əziyyət çəkirik, ancaq bir xətaya görə məğlubiyyət alırıq. Məğlubiyyətin əvəzini çıxmaq olar. Futbolçuların əziyyətinə heyfim gəlir. Ən çox özümüz diqqətli olmalıyıq. 18 nəfərlik prokol olanda, daha rahat olurdu. Ancaq 23 nəfər olanda aləm dəyir bir-birinə. Peşəkar klubuq və hər bir məsuliyyətli şəxsi buna yol verməməlidi. Razıyam, bizə texniki məğlubiyyət versinlər, ancaq qarşıda kimdə belə şey olsa, bunun tərəfdarı deyiləm.

– “Qarabağ” 2-ci dəfədi texniki səhvə görə məğlubiyyət alır. İlk dəfə Riçard Almeydaya görə pozulmuşdu. Görünür, dərs çıxarılmayıb…

– Onda legioner limitini pozmuşduq. Əvəzetmə zamanı yerləri səhv salmışdıq. Bu, fərqli idi. İndi də belə səhv oldu. Rəşad Sadıqovu 66-cı dəqiqədən sonra əvəzləməyi fikirləşirdik. Abbası onsuz da meydana buraxmaq fikrində idik. – “Vorskla”yla oyun qabağı müdafiənin mərkəzi sual doğurur. Məsələn, Rahil Məmmədov bu gün oynamadı.
– Kubanın da, Rəşadın oynamasına ehtiyac vardı. Ona görə bu gün müdafiənin mərkəzində onlara şans verdik. Rahil də millidə az oynamayıb. Çalışıram ki, həmişə balansı qoruyum.

– “Neftçi” də uduzdu, Bu texniki məğlubiyyətdən sonra rəqibiniz 1-ci yerdə idi. Növbəti turda da məhz “Neftçi”ylə oynacaqsınız ki, bu da intriqanı artırır…

– Açığı, indi heç bir fikir bildirə bilməyəcəm. Bu texniki səhv də bizə hələ təsir edir. Özümü tez ələ almalıyam ki, futbolçuları növbəti matça kökləyə bilim. Onlar da üzgün idilər. Paltardəyişmə otağında 3 dəqiqə söhbətimiz oldu. Onları “Vorskla”yla oyuna motivasiya etməyə çalışacam. Qarşıdakı proqramımız ağırdı, 3 gündən bir oynamalıyıq. Buna görə futbolçuları oyundan oyuna düzgün hazırlamaq qalır. Heç oyun zamanı da fikirləşmirdim ki, “Neftçi” uduzub.

 – Qoşunu döyüşə hazırlayan sərkərdə yüklənir? 

– (gülür) Çox ağırdı, yoruluram. Ancaq futbolçulara bunu bildirməməliyəm. Yalnız işləmək həqiqətən məni yormaz. Ancaq bir texniki səhv adamın fikrini yayındırır, yorur. Təkcə bilsəm ki, fikrim işdədi, yorulmaram. Məşq gedəndə əksinə, istirahət edirik, ləzzət alırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər