Cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu

292

Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 1997-2004-cü il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə şəhər birinciliyi keçrilmişdir. Yarışda 100-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Əliş Yusifov (60 kq), Məhəmməd Rüstəmli (66 kq), Rəşad Cəfərzadə (73 kq), Ruslan Səfixanov (81 kq), Ayxan Qeysərli (90 kq), Atababa Niftəliyev (100 kq) və Toğrul Salmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Qızlar arasında isə Gülşən Kərimova (48 kq), Şahnaz Əsgərova (52 kq), Şirin Məmmədova (57 kq), Xədicə Rəşidova (63 kq), Mehriban İmanzadə  (78 kq) və Elnarə Rəşidova (+78 kq) birinci olmuşlar.

Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələr ilə təltif olunmuşlar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər