Cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu

324

Mehdi Hüseynzadə adına şəhər stadionunda Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2007-2008-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə şəhər birinciliyi keçrilib.

Yarışda 220-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Elmar Quliyev (24 kq), İbrahim Aslanlı (27 kq), Abdullah Kərimov (30 kq), Nihad Məmişov (34 kq), Nicat Qardiyev (38 kq), Murad Qasımov (42 kq), Seymur Mərdiyev (46 kq), Abdulla Əliyev (50 kq), Ziyafət Allahverdiyev (55 kq) və Abubəkir Hüseynov (+55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızlar arasında isə Qurbanova Fatimə  (28 kq), Nazlı Səfərli (32 kq), Surə Hüseynova (36 kq), Zeynəb Nəcəfova (40 kq) və Aytən Verdiyeva (48 kq) birinci olublar.

Yarışın qalib və mükafatçıları Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər