Daha bir marşrut qəzaya düşdü – Redaktor kəllə-beyin travması aldı

1273

Ötən gün axşam saatlarında 32 saylı marşrut qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, avtobusda olan sərnişinlərdən biri Xəzər TV-nin redaktoru Zakirə Zakirqızı olub. Nəticədə o, kəllə-beyin travması alıb. Eyni zamanda, dişləri qırılıb. Hazırda xəstəxanada olan jurnalistin sağlıq vəziyyəti qənaətbəxşdir.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun qarşısından olan evakuatorun qəfil əyləcə basmasıdır.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər