“Danışan gəlincik” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

375

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin repertuar planında nəzərdə tutulmuş A.Şaiqin “Danışan gəlincik” əsəri üzrə eyniadlı tamaşanın hazırlıq işlərinə start verib.

Teatrdan AZƏRTAC–a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, rejissoru Fuad Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor köməkçisi Fazilə Rzayevadır.

Pyesin ilk oxunuşunda iştirak edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yaradıcı heyətə uğurlar arzulayıb.

Rolları Əməkdar artistlər Növrəstə Həşimova, Ulduzə Nəsir, aktyorlar İlham Səfərli, Habil Xanlarov, Mətanət Əmirullayeva, Vəfa Qurbanova, Sevda Hüseynova, Şəhla Məmmədova, Dağlar Rüstəmov, Cavanşir Eyyubzadə və başqaları ifa edirlər.

Kollektiv tamaşanı fevral ayının sonunda məktəblilərin ixtiyarına verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər