“”Daş bazarı” köçürülür

1552

İlin yekunları ilə bağlı Sumqayıtda keçirilən müşavirə zamanı məlum olub ki, şəhərin 19-cu mikrorayonunda yerləşən “Daş bazarı” tezliklə – 2 ay ərzində köçürüləcək və artıq bu istiqamətə işlərə başlanılıb.

İcra başçısı bu bazarın şəhərin girişlərindən birinin görüntüsünü pozduğunu və bazarın köçürülməli olduğunu qeyd etdi: “Çünki ərazi arzuolunmaz vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, bura şəhərin giriş hissəsidir. İnsanların sosial rifahına toxunulmadan problem həllini tapmalıdır”.

İcra başçısının müavini Akif Quliyev bildirdi ki, bazarın köçürülməsi üçün yeni ərazi artıq müəyyənləşdirilib və iki ay müddətində bu məsələ həllini tapacaq.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər