“Dedim ki, ağıllı ol, heç yerə getmə…” – Atılan uşaqların atası danışdı (VİDEO)

269

Ötən gün bir qadının uşaqlarını dayənin yanında qoyaraq getməsi barədə xəbər vermişdik. Xəbər efirə verildikdən sonra həmin uşaqların qohumları “Xəzər Xəbər”ə müraciət edib və xeyli müddətdir onları axtardıqlarını bildiriblər. Bu gün uşaqların atası bizimlə birlikdə onların saxlanıldığı sığınacağa baş çəkib. Hazırda sənədləşmə işləri üçün uşaqların anası axtarılır.

Unikal.org-un məlumatına görə, sığınacağa yerləşdirilən uşaqların atası tapılıb.

İsmayıllı sakini olan və Suraxanı rayonunda kirayədə yaşayan 52 yaşlı İlqar Qədirzadə bildirib ki, uşaqların anası Gürcüstan vətəndaşı olan 36 yaşlı Aida Əsgərovadır. Qadın uşaq evində böyüdüyü üçün heç bir sənədi olmayıb. İlqarla Aidə iksi də bir-birinin 3-cü həyat yoldaşıdır. Qadının ilk həyat yoldaşından 4 uşağı var və onlar ataları ilə birgə yaşayır. Sığınacağa yerləşdirilən oğlan uşaqlarının böyüyü, 6 yaşlı Əmrah onun həbsdə olan ikinci ərinin övladıdır. 4 yaşlı Sabir isə İlqar Əsgərovun öz oğludur. Qadın onunla 2014-cü ildən bəri qeyri-rəsmi nikahda yaşayır.

Yanvarın 10-da isə qadın uşaqları da götürərək evdən gedib.

Ata tapılsa da, indi sənədləşmə işləri üçün uşaqların anası Aidə axtarılır. Uşaqların doğulduğu tibb ocaqları da müəyyən edilib və sorğu göndəriləcək.

Qadının psixoloji problemlərinin olduğu bildirilir. İlqar Qədirzadə Aidə ilə birlikdə yaşamağa və hər iki uşağa atalıq etməyə hazır olduğunu bildirib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər