Dəmirçi tanışını amansızlıqla öldürmüşdü – İSTİNTAQ BAŞA ÇATDI

1180

Sumqayıt şəhərində tanışını öldürməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Babək Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğu Babək Həsənov barəsində toplanan cinayət işi üzrə material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.

İttihama görə, bu il fevralın 18-də saat 20 radələrində Sumqayıt şəhərində yerləşən Tibb kollecinin arxasında olan çayxananın yanında Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1990-cı il təvəllüdlü Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu bıçaqlayaraq öldürüb.

Hadisənin baş verməsinə səbəb Aydın Seyidovun çayxanada Babək Həsənova salam verməməsi olub.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Gənclər daha sonra mübahisələrini çayxananın arxasında davam etdiriblər.

Mübahisə zamanı Babək Həsənov bıçaqla Aydın Seyidova zərbələr vurub. Aydın Seyidov aldığı xəsarətdən hadisə yerində ölüb.

Babək Həsənov törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.

İstintaq orqanı tərəfindən Babək Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər