Deputat Emin Hacıyev şəhid və qazi ailələri ilə görüşüb – FOTO

769

Milli Məclisin deputatı Emin Hacıyev deputat seçildiyi Sumqayıt şəhərində şəhid və qazi ailələrini mütəmadi ziyarət edir və onların qayğıları ilə maraqlanır. Deputat ötən gün bir neçə şəhid və qazi ailəsi ilə görüşüb, onlara ehtiramını ifadə edib.

Deputat bildirib ki: “Ölkəmizlə bağlı bütün taleyüklü məsələlərdə sumqayıtlılar daim öndə gedib, vətəndaşlıq borclarını vicdanla yerinə yetirib və bu borcu sədaqətlə ödəyiblər. Qarabağın işğalı başlayandan bu günə qədər Sumqayıt şəhəri yüzlərlə şəhid verib, minlərlə şəhər sakini döyüşlərdə yaralanıb, onlarla insan Vətən müharibəsində əlil olub. Ötən il sentyabrın 27-də başlayan sonuncu Qarabağ savaşı qəhrəman sumqayıtlıları ayağa qaldıraraq səfərbər edib, Cənab Ali Baş Komandanın əmrinə tabe olan neçə-neçə gənc cəbhəyə yollanıb və onlar torpaqlarımızın mənfur düşməndən təmizlənməsində öz töhfələrini veriblər. Sumqayıt şəhərində elə məhlələr, elə yaşayış binaları var ki, bir-biri ilə qonşu olan neçə-neçə gəncimiz şəhidlik zirvəsinə də birlikdə ucalıblar. Biz vaxtaşırı şəhid və qazilərimizin ailələrini ziyarət edir, hansı qayğılarla yaşadıqlarını öyrənir, hər hansı çətinlikləri varsa, onların həllində yaxından iştirak edirik. Bu dəfə də bir neçə ailə ilə görüşdük, Qarabağda qazandığımız böyük zəfər, qəhrəman oğullarımızın rəşadətləri barədə söhbət etdik, şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizin vəziyyətilə maraqlandıq.

Görüş zamanı ölkə rəhbərliyinin şəhid və qazi ailələrini daim diqqətdə saxlaması, onların fədakarlıqlarının qarşılıqsız qalmaması barədə ətraflı danışdıq. Ailələr Cənab Prezident İlham Əliyevin sərəncamı ilə övladlarının, ümumilikdə müharibə iştirakçılarının orden və medallarla, fəxri adlarla təltif olunmalarını böyük minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib, Cənab Ali Baş Komandana diqqət və qayğıya görə təşəkkür ediblər. Bununla yanaşı, onlar hər zaman Heydər Əliyev Fondunun, eləcə də yeni yaradılan “Yaşat” Fondunun qayğısını hiss etdiklərini də diqqətə çatdırıblar. Övlad itirməklərinə baxmayaraq şəhid ailələrinin ruh yüksəkliyi hər birimizi qürurlandırır. Biz xalqımızla, xalqın qəhrəman övladları ilə hər zaman fəxr edirik. Şəhid və qazi ailələrini ziyarətlərimiz davam edir.

Bizimlə əlaqə saxlayın

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər