Deputat: “Ermənistan mülki əhalini hədəf seçməklə terror siyasəti həyata keçirdiyini nümayiş etdirir”

1058

“İşğalçı Ermənistanın silahlı birləşmələrinin iyul, avqust və sentyabr aylarında Azərbaycana qarşı hücuma keçərək növbəti ərazilərimizi işğal etmək məqsədi ilə hərbi obyektləri və mülki əhalini hədəfə alması beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasıdır. Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən intensiv artilleriya atəşi nəticəsində onlarla mülki əhalinin həlak olması və yaralanması erməni xislətini bir daha bütün dünyaya nümayiş etdirdi.”

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı İmamverdi İsmayılov səsləndirib.

Millət vəkili bildirib ki, bu gün Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutulması nəticəsində 3 mülki şəxs həlak olması, orada olan 5 şəxsin yaralnması hadisəsi bir daha göstərdi ki, ermənistan dövləti dinc insanlara qarşı terror siyasəti həyata keçirir. Bütün bunlara baxmayaraq Azərbaycan tarixi ədalətin bərpası uğrunda mübarizə aparır və bundan sonar da aparacaq. Bu gün rəşdətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edir, ərazi bütövlüyümüzü bərpa edir. Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın, cənab İlham Əliyevin rəhbərliyi altında bizi illərdir həsrətində olduğumuz torpaqllara, böyük qələbəyə doğru addım-addım yaxınlaşdırır. Bu gün 27 ildir ki, işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.

İ.İsmayılov vurğulayıb ki, Azərbaycan xalqı Ali Baş Komandan və ordumuzun ətrafında sıx birləşib. Azərbaycan Xalqı Ali Baş Komandanına, ordusuna inanır və güvənir.Xalqımız inanır ki, Azərbaycan ordusu qısa müddətdə işğal altında olan digər ərazilərimizi də işğaldan azad edəcək, nəhayət haqq-ədalət öz yerini tapacaq. Uzun illər ərzində məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər