Deputat işdən çıxarılan məmuru yıxıb-sürüdü

333

“Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məsələləri qaldıranda bəzi həmkarlarımız bizim əleyhimizə danışmağa başladılar. Hansı ki, mən də, Əli Məsimli də bunu görürdük, bilirdik ki, o Palatada hansı oyunlar gedir, nə oyunlardan çıxılır”.

Oxu.Az-ın xəbərinə görə, bunu parlamentin komitə iclasında millət vəkili Vahid Əhmədov deyib.

“Harada görülüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan. Və ya harada görülüb ki, özünə 65 min manat maaş yazdırasan… Bu, harada görülüb? Dünyanın heç bir yerində belə bir şey yoxdur. İndi Rüfət Aslanlı oradan, Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb, artıq qurumun fəaliyyətində normallaşma gedir.

Hansı ki, iki il ərzində bu qurum gözləntiləri doğrultmadı, oyunlarla məşğul oldu. Odur ki, cənab prezidentin Palata ilə bağlı son addımı çox təqdirəlayiqdir. Bu, həmin qurumun fəaliyyətində dönüş yaradacaq bir addımdır”, – deyə millət vəkili əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər