Deşilmiş su borusu haqqında ballada- reportaj

1280

Bu  şəkillərə baxan  insanımıza  ilk baxışdan elə gələ bilər ki, bu mənzərələr hansısa ucqar rayonumuzdan və ya qəsəbəmizdən çəkilib.Ancaq belə qənaətə gələnlər yanılırlar. Çünki bu şəkilləri  bu gün ölkənin 3 ən böyük şəhərlərindən biri olan  Sumqayıtın 9-cu mikrayon ərazisinin Şərq bazarına yaxın hissəsindən çəkilib.İş orasindadır ki, içindən, yaşayış binalarına içməli su nəql olunan  böyük diametirli boru xətti, keçən il dekabrin 29-dan deşilmiş və bunun nəticəsində yüksək təyziq ilə gedən suyun bir hissəsi ətrafdaki obyektlərin ərazisinə və yaxınlıqdakı küçəyə axaraq çoxsaylı gölməçələr, palçıq əmələ gətirib ki, yaranmiş belə vəziyyətdən həm yolu piyada keçən insanlar, həm də avtomobil sahibləri üçün əlavə problem yaranıb.Qeyd edək ki, onsuz da, umumiyyətlə bizdə kanalizasiya sistemi  və yol çəkilişi  düzgün qurulmadıqından bu ərazi  bir çox başqa yerlər kimi yağışdan sonra qeyri-normal olaraq keçilməz vəziyyətə düşür. Ətrafda yaşayan sakinlərin, fəaliyyət göstərən ticarətçilərin bir çoxlarının dediyinə görə qəza yerinə bir dəfə müafiq, əlaqədar  təşkilatlardan, su istismarı idarəsindən  məsul işçilər, fəhlələr gəlsələr də məsələ öz müsbət həllini tapmayıbdır.Şahidlərin dediklərinə görə boru ətrafinda qazıntı işləri aparılmış və  borunun təmirinə cəhd edilib, ancaq cəhd uğursuz olub və bu təbiidir. Çünki, boruya  sadəcə çiv-taxta-kol vurmaqla problemi həll etmək mümkün deyildir.Aydındır ki, borunun bir neçə yerdən deşildiyindən  tamamilə dəyişdirilməlidir ki, bu da aidiyyati idarədən daha ciddi münasibət və vəsait tələb edir. Hər halda bu iş sakinlərin işi yox müvafiq qurumlarin işidir.Şəkillərdə  ən maraqlı məqamlardan biri boru deşilən ərazidə əsl qayıqın olmasidir. Çox guman ki, qayığın burada olmasi sırf təsadüfdür, ancaq vəziyyətə uyğun bir mənzərədir. Görünür problemlər içində üzmək alnımıza yazıldığından bizim belə “qayıqlara” hələ ki ehtiyacımiz var. Özü də onlarda deşik olmamasi şərtilə.

Əhalinin suya olan borcu  su idarəsi  tərəfindən inadla tələb olunmasi fonunda milli sərvət olan suya qarşi belə israfçi münasibət başa düşülən deyil.

P.S. Ancaq öz aramızdı gəlirli iş olsa  idi, hərfi mənada 2-i günə düzəldərdilər. Acinacaqlı və təhlükəli məqam odur ki,adıçəkilən ərazidən həm də yüksək gərginlikli elektrik xətləri , kabelləri keçir.

İmran KƏRİMOV

DSC00711DSC00717DSC00718DSC00719DSC00720DSC00723DSC00724DSC00726DSC00728DSC00731DSC00733

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Taleh
    Yanvar 25, 2010 - 21:01

    Yəqin bizdə ‘əvvəl tikək sonra sökək’prinsipi hələdə qüvvədə qalir.Günah boruda deyil,yəqin o boru 10-15 il bundan qabaq dəyişdirilməliymiş. Görünür boru əvəzinə adiati qrumlarin rəhbərləri öz evlərinin kanalizasiya sistemini deyişdiriblərmiş.Boru borududa fərqi nədi ki,böyük olsun ya da kiçik olsun.Əsas odurki boru dəyişdirilib.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər