“Dilqəm və Şahbazla bağlı tezliklə qərar qəbul ediləcək”

261

“Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə çox vacib mövzu ilə bağlı panel iclas keçirildi. Tədbirdə Avropa Məhkəməsinin bəzi qərarları haqqında məlumat verdim, “Çıraqov və başqaları Ermənistana qarşı” işinə toxundum. Bu işlə bağlı Avropa Məhkəməsinin qərarında birmənalı olaraq göstərilib ki, Ermənistan işğal altındakı ərazilərdə olan vəziyyətə görə tam məsuliyyət daşıyır. Onun birbaşa iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub”.

sumqayitxeber.com  AZƏRTAC-a istinadən xəbər veerir ki, bunu “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclasında çıxış edən Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O qeyd edib ki, təkcə Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda, Ermənistan vətəndaşlarının da Ermənistana qarşı verdikləri şikayətlərlə bağlı qərarlarda bu ölkənin dövlət orqanlarının işğal altında olan ərazilərdə mövcudluğu, fəaliyyət göstərmələri müəyyən edilib. Ermənistan vətəndaşlarının verdikləri şikayətlər əsasında müəyyən edilib ki, bu ölkənin vətəndaşları işğal altında olan torpaqlarda hərbi xidmətdə olurlar.

2016-cı ilin Aprel döyüşlərindən sonra şikayətlərin əksəriyyəti Ermənistan vətəndaşları tərəfindən verilib və bu da bir daha göstərir ki, işğal olunmuş ərazilərdə Ermənistan vətəndaşları yaşayır. Bu, bir daha Ermənistanın torpaqlarımızı işğal etdiyini göstərir. Ermənistan daha deyə bilməz ki, hansısa separatçı respublika mövcuddur. Azərbaycan dövlətinin ərazilərinin işğalında Ermənistan birbaşa məsuliyyət daşıyır.

“Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı da Avropa Məhkəməsinə şikayət verilib. Məhkəmə tezliklə bu işlə əlaqədar qərar qəbul edəcək. Bu iki mülki azərbaycanlının Ermənistanda girovluqda keçən hər günü işgəncə altında olan gün kimi hesab edilir. Onların işi üzrə tezliklə qərar qəbul ediləcək”, – Ç.Əsgərov vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər