DİN: Sumqayıtda iki azyaşlının oğurlanması xəbəri yalandır – YENİLƏNİB

1401

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. İddialar yoxlanılıb təsdiqini tapmayıb”.

***00:24
Sumqayıtda iki azyaşlı qardaşın oğurlanması ilə bağlı xəbər yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.

Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər