DİN Sumqayıtda tələbələr arasında baş verən insidentə aydınlıq gətirib

1985

Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Universitetində tələbələr arasında kütləvi dava olması və tələbələrdən birinin yeddi nəfər tərəfindən döyülərək ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilməsi barədə bəzi KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də həmin hadisə təhrif olunmuş və şişirdilmiş formada təqdim edilib: “Ötən gün günorta saatlarında dərsdən sonra Sumqayıt Dövlət Universitetinin eyni rayondan və eyni kənddən olan 3-cü kurs tələbələri Xəyal Nurəliyevlə Akif Salmanlı arasında mübahisə düşüb. Bu zəmində onlar bir-birinə yumruq atıblar, daha sonra isə barışaraq ayrılıblar. Axşam saatlarında Akif Salmanlı Sumqayıt şəhər Təcilli Yardım Xəstəxanasına müraciət edib. Xəstəxanada ona ağır kəllə beyin travması deyil, burun sınığı diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.

“Hadisə ilə bağlı xəstəxanadan polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Sumqayıt şəhər Polis idarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”, deyə O. Mansurzadə əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər