DİQQƏT! Şəxsi yazışmalarınız İZLƏNİLİR – VİDEO 

1947

“Mesajlaşma proqramlarında şəxsi yazışmalar oxunurmu?” Sualı son zamanlar ən actual mövzulardan birinə çevrilib.

ARB TV-nin “Günə doğru” verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına cıxmasına dair reportaj hazırlanıb.

Məsələn “Messenger”də kiməsə “mən filan markalı smartfon alacam” yazırsansa bir müddət sonra həmin markanın reklamı sizə göndərilir. Bu nə deməkdir və necə baş verir?

Rəşad Əliyev – İT mütəxəssis: “Əslində bu tip məlumatların verilməyi sosial mühəndislik adlanır. Yəni, sənin özünün xəbərin olmadan paylaşdığın məlumatların mənimsənilməsi və generasiyası prosesi gedir. Bu tip hallara dünyada çox rast gəlinir”.

Ona görə də proqram yükləyərkən sizdən müəyyən icazələri istənilir. Siz də oxumadan hər şeyi qəbul edirsiz. Bununla da həmin proqramlar sizin məlumatlarınızdan, yazışmalarınızdan açar söz kimi istifadə edə bilər.

Orxan Rza – Proqramçı: “Bu da sonradan təhlükə yaradır. Çünki, bütün informasiyalar toplanır, sonradan istər spam mesajlar olsun, istər digər kontentlər olsun, sizə göndərilir. Bu tip proqramları yükləməklə siz təkcə özünüzə yox, həm də telefonunuzda olan başqa insanların məlumatlarını da təhlükə altında qoyursuz”.

Çünki, istənilən yazışma proqramı bir birinə e-mail ünvanı və mobil nömrələrlə əlaqəlidir. Bununla hətta sizin telefonunuzda olan digər nömrələrə də belə reklam mesajları və ya spamlar gedə bilər.

Rəşad Əsgərov – Sosioloq: “Bu məsələdə insanlarda müəyyən qədər çaşqınlıq hissi yaranır. Bununla da həmin şəbəkələrdən istifadə edən insanların sayı azalır. Sosial şəbəkələrdən istifadə edənlər qəliz kodlar və identifikasiya sistemi ilə məlumatların oğurlanmasının qarşısını ala bilərlər”.

Yazışma proqramlarında vaxtilə kiməsə yazdığınız sözə uyğun olaraq reklam mesajlarının gəlməsinin qarşısının alınması isə çətindir.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər