DİQQƏT: Telefon kamerası ilə İZLƏNİLİRSİNİZ

1947

Mobil telefonlar və internetin həyatımıza daxil olması ilə şəxsi həyatın gizliliyi anlayışı azalır. Telefonlar, kompüterlər, yeni nəsil televizorlar kamera və mikrofonları vasitəsilə evimizi anbaan izləyir.

İnternetə bağlı olan bir cihazla həyatımızın izlənməsi artıq təkcə filmlərdə olmur, real həyatda da var. Dünyada bu işi hakerlər, şirkət və gizli təşkilatlar edir.

Evinizdə internetə qoşulmuş cihazların sayının çox olması təkcə rahatlıq gətirmir. Bu sizi daha çox internetə bağlayır. Kompüter, telefon, planşet, yeni nəsil televizorlar kimi təhlükəsizlik kamerası və uşaq təqib monitoru gizli gözlər üçün mükəmməl vasitədir. Kimlərsə gündəlik həyatınızı ən təbii halı ilə izləyir.

Biz hiss etmədən telefon kamerasının görmə bucağında görüntü və səsləri qeydə alır. İnstaqram profilinizi ziyarət edənlər barədə məlumat verən tətbiqlər telefonunuza kənardan sızaraq sizi izləyə bilir.

Ona görə də telefona məlumat yükləyərkən maksiumum diqqətli olmalısınız. Feysbukun yaradıcısı Mark Çukerberqin paylaşdığı şəkildə kompüterin kamerası və mikrofonun bağlandığı məlum olur. Bu üsul təsirli ola bilər.

Kompüterinizin kamerasını və mikrofonunu bu üsulla bağlaya bilərsiniz. Kompüteriniz vasitəsilə daxil olduğunuz saytlara diqqət edin. publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər