Dişlərinizi qoruyun, yoxsa... - "AQS dental center"dən TÖVSİYƏ

3500

sumqayitxeber.com “AQS dental center”in həkim-stamotoloqu Aynurə İsayevanın “Zirkon dişlər ” haqqında yazısını təqdim edir.

İnsanın günlük həyatında ən çox diqqət etməli olduğu məqamların əsasında diş və diş sağlığı gəlir. Diş sağlığına və diş baxımına bu qədər önəm verilməsinin səbəbi isə insanların dişləri ilə bağlı estetik qayğılarıdır. Bu səbəbdən insanlar diş qüsurlarının bərpasında müxtəlif seçimlər edirlər. Bunlardan biri də estetik qayğılar ilə bilavasitə bağlı olan zirkondur.

Son zamanlarda zirkon qapaqlarla dişlərdə qüsursuz və təbii görüntüyə tam nail olunduğu üçün pasientlər tərəfindən ən çox seçilən qapaqlardır. Olduqca sağlam və möhkəm bir metal olan zirkon üzərinə vurulan keramikaya da yüksək dözümlülük və uzun ömürlülük qazandırır. İnsan sağlamlığına heç bir zərər verməyən zirkon, digər metallara nisbətən daha estetik olması ilə seçilir.

Zirkon dişlər dişin öz materialı kimi işığı sındırmaq qabiliyyətinə sahib olduğuna görə, insanın öz dişlərindən fərqlənmir. İnsan sağlamlığına heç bir zərərinin olmaması ilə seçilən zirkon dişlərin ən böyük üstünlüklərindən biri də orqanizmdə heç bir allergik problem yaratmamasıdır. Bu səbəblə də zirkon dişlər diş ətlərində heç bir sıxıntı qətiyyən yaratmır.

 

Digər metalların ağız boşluğunda bir neçə il sonra qidaların, çay və qəhvə təsirindən rənglərinin dəyişildiyi müşahidə edilsə də, zirkon dişlər illər ərzində heç bir təsirdən rəngini dəyişmədən öz mükəmməlliyini qoruyub saxlayır.

Zirkon diş qoyulan şəxslərdə uzun illər sonra yaşla və baxımsızlıqla bağlı olaraq diş ətlərinin çəkilməsi müşahidə olunduğu hallarda belə diş ətlərində heç bir göyərmələr, qaralmalar müşahidə edilmir.

Zirkon dişlərin üstünlükləri:

– rəngi ağ və daha təbiidir;

– işığı keçirmək xüsusiyyəti var, xüsusilə ön dişlərdə gülümsəmə zamanı ideal estetiklik qazandırır;

– üzərinə düşən çeynəmə qüvvəsinə qarşı çox qüvvətlidir və bu xüsusiyyətinə görə arxa dişlərdə çox müvəffəqiyyətlə istifadə olunur;

– allergiya yaratmadığı üçün uzun illər belə ağız boşluğunda qaldığı müddətdə diş ətində heç bir narahatlıq yaratmır.

– temperatura qarşı heç bir reaksiya vermədiyi üçün isti və soyuqdan dişlər təsir görmür;

– ağızda heç bir qorxu və dad vermir;

– hər dişə uyğun rəng seçilə bilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər