Doğmaları “Toppuş bacı”ya görə bu addımı atdı – FOTO

331

Kimya terapiyadan sonra saçları tökülən və bu səbəbdən başını keçəl qırxdıran əməkdar artist Tünzalə Əliyevaya doğmaları dəstək verib.

Həyat yoldaşı Royaldan sonra aktrisaya dəstək kampaniyasına qardaşı, qayınatası və bacısı oğlu qoşulub.

Onlar Tünzalə xanıma dəstək olmaq üçün saçlarını keçəl qırxdıraraq Tünzalə xanıma mənəvi dəstək nümayiş etdiriblər.

Aktrisa onların rəsmini paylaşaraq minnətdarlıq bildirib: “Qayınatam, qardasım, bacımın oğlu. Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, bir-birimizə də çətin anlarda dəstəyiksə, o qədər güclü oluruq. Allah sizi məndən əksik etməsin”.

Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl sağaldığını demişdi. Son günlər isə aktrisa xəstəliyin qayıtdığını, şişin boğazına qədər yayıldığını söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər