DÖYÜLƏN SUMQAYITLI JURNALİST ABŞ SƏFİRLİYİNDƏ OLUB

925

Conatan Qanson «sizə hər mənada yardım edəcəyik» deyib

Qəzetimizin ötən sayında xəbər vermişdik ki, 10 may 2009-cu ildə ildə şəhərin mərkəzində Gül bayramına etiraz edən bir qrup gəncin keçirdiyi aksiya zamanı üç jurnalistə – qəzetimizin reportyorları Əfqan Muxtarlı, Leyla İlqar, habelə Sumqayıtda nəşr olunan «Yüksəliş naminə» qəzetinin əməkdaşı Elçin Həsənova qarşı baş verən polis zorakılığı ilə bağlı Respublika Prokurorluğunda yekun qərar verilib.
Qərara görə, jurnalistlərin Səbeyal rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən döyülməsi nəticəsində xəsarət almasına dair məlumat əsasında Səbayel rayon Prokuorluğunda əlavə yoxlama aparılıb və jurnalistlərin döyülməsi «sübuta yetmədiyindən» cinayət işinin başlanması yenidən rədd edilib.
Jurnalistlər işin yenidən araşdırılması üçün Səbayel rayon Məhkəməsinə müraciət etməyə hazırlaşırdı. Dünən bizə açıqlamasında E.Həsənov bildirdi ki, artıq məhkəmə iddiası hazırdır və bu gün onu məhkəməyə təqdim edəcəklər. Müsahibimizin sözlərinə görə, baş vermiş faktla bağlı dünən ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Conatan Qanson onu qəbul edib. Olayın təfərrüatları, döyülmə faktı, habelə onun araşdırılması istiqamətindəki proseslərlə maraqlanan müşavirə hadisə baş verən gün çəkilən foto və video faktlar da təqdim olunub: «O da öz növbəsində bildirdi ki, məhkəmə işini nəzarətdə saxlayacaq və hər mənada köməklik göstərəcəklər».
Müsahibimiz xatırladtdı ki, L.İlqar və Ə.Muxtarlıya qarşı 39-cu polis bölməsi əməkdaşları fiziki zor tətbiq edəndə olaya müdaxilə edib və nəticədə xəsarət alıb. Hadisə ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin əməkdaşları, habelə hüquq müdafiəçisi Arzu Abdullayevanın gözü qabağında baş verib: «Hətta Arzu Abdullayeva Respublika Prokurorluğuna müraciət etmişdi ki, jurnalistlər döyülüb və xəsarət izi olub. Video və foto faktlar prokurorluğa təqdim olunub. Hadisəni işıqlandıran fakilar var və polislər dindirilib. Amma sonda qərar verilib ki, «toplanmış material əsasında cinayət işinin başlanması rədd edilsin»Müsavat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər