Dünənki dəhşətli güllələnmənin görüntüsü yayıldı – Video

636

Dünən səhər saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verən cinayətin görüntüləri yayılıb.

“Qafqazinfo” Baku.ws-ə istinadən həmin videonu təqdim edir.

Qeyd edək ki, hadisədə 7 nəfər güllələnib. Onlardan 4-ü dünyasını dəyişib, 3-ü isə yaralıdır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elvin Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanovla bağlı həbs qətimkan tədbiri seçilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər