Dünya çempionu Bakıda "BMW" ilə adam vurub öldürdü (FOTO)

1990

Yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

sumqayitxeber.com-un lent.az-a istinadən verdiyi məlumata görə, naməlum avtomobilin vurduğu 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər