“Dünyanı və Cəmiyyəti Dərk Etmədə Kinonun Rolu” mövzusunda mühazirə təşkil olundu

893

“Gənclərin Rəyi” Araşdırma Mərkəzi, “Gənclərin Düşüncə Klubu” proqramı çərçivəsində 30 aprel 2011-ci ildə Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının konfrans zalında “Dünyanı və cəmiyyəti dərk etmədə kinonun rolu” mövzusunda növbəti mühazirəsini təşkil etdi. Mühazirəni giriş sözü ilə açan təşkilatın təsisçisi İsmayıl Kərimov son dövrlərdə Sumqayıt gənclərinin kino və tamaşalara böyük maraq göstərdiyini təqdirəlayiq hal hesab edərək mövzunun iştirakçılar arasında maraqla qarşılandığını qeyd etdi. Sonra mühazirəçi kinorejissor-ssenarist Elcan Məmmədov mövzu ilə İtaliya istehsalı qısametrajli film nümayiş etdirdi və iştirakçıları interaktiv müzakirəyə dəvət etdi. Elcan Məmmədov mühazirədə kinonun yaranma tarixi, kinonun yaranma motivləri, onun cəmiyyətə təsiri haqqında iştirakçılara məlumat verdi. Mühazirə əsasında iştirakçılara Ahıska Türklərinin mübarizə tarixini əks etdirən “Salaməleyküm” sənədli filmi nümayiş etdirildi. Tədbirdə mühazirəçinin fikirləri  iştirakçılar müzakirəsinə verildi. Müzakirələrdə iştirakçılar kinonun güclü təbliğat və media aləti olduğunu, insanların özünü və cəmiyyətdəki mövqeyini daha yaxşı tanımaq baxımından kinonun təsirli vasitə olduğun bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər