Dünyanın ən yaşıl şəhərləri – TOP-10

1024

İsveçin “Husqvarna Group” və Niderlandın “Overstory” şirkətləri kompüter görüntüsü və peyk şəkillərinin dərin öyrənmə üsullarını tətbiq etməklə dünya şəhərlərində yaşıl sahələrin payına, şəhər bitki örtüyünün orta sağlamlığı və insanlar arasında paylanmasına görə yaşıllaşma indeksini (“Husqvarna Urban Green Space Index” – HUGSI) müəyyənləşdiriblər.

APA-Economics”in HUGSI-ə istinadən verdiyi məlumata görə, 2021-ci ilin əvvəlinə dünyanın ən yaşıl şəhəri ABŞ-ın Şimali Karolina ştatının ən böyük şəhəri sayılan Şarlottdur. Sözügedən şəhərin yaşıllıq səviyyəsi 81,12 bəndlə qiymətləndirilib (maksimum – 100). Belə ki, yaşıl sahələrin şəhərin ümumi ərazisinin 68%-ni əhatə edir.

İkinci pillədə 79,28 bəndlə Cənubi Afrikanın Durban şəhəri qərarlaşır. Burada ümumi yaşıllıq şəhərin 59%-ni təşkil edir. Üçüncü yerdə isə 77,96 bənd ilə qiymətləndirilən Litvanın paytaxtı Vilnüs şəhəri oldu. Hesablamalara görə, yaşıllıq sahələri şəhərin 62%-ni əhatə edir.

Renkinqin aşkar autsayderləri isə 155-152-ci mövqelərdə qərarlaşan Perunun Lima şəhəri (0,21 bənd, yaşıllaşma – 4%) Pakistanın Kəraçi şəhəri (0,39 bənd, yaşıllaşma – 6%), BƏƏ-nin Dubay şəhəri (0,41 bənd yaşıllaşma – 4%) və Kotdivuarın Abican şəhəridir (0,84 bənd, yaşıllaşma – 18%).

HUGSI-ə görə dünyanın ən yaşıl 10 şəhəri:

# Şəhər Ölkə İndeks, bənd Yaşıl sahələrin payı, %
1 Şarlott ABŞ 81,12 68
2 Durban Cənubi Afrika 79,28 59
3 Vilnüs Litva 77,96 62
4 Dortmund Almaniya 77,34 58
5 Krakov Polşa 76,92 57
6 Ştutqart Almaniya 76,84 59
7 Ostin ABŞ 75,4 55
8 Vürtsburq Almaniya 74,4 57
9 Sürix İsveçrə 73,45 49
10 Heydelberq Almaniya 73,38 52

 

P.S Sumqayıt şəhərində həyata keçirilən yaşıllaşdırma işləri son illər ən yüksək səviyyəyə çatıb. İnanırıq ki, qısa müddətdə Sumqayıt dünyanın ən yaşıl şəhərlərindən birinə çevriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər