Düşmənin qənimi olan Vətən oğlu: Sumqayıtın son aprel şəhidi – VİDEOREPORTAJ

2969
İşğalçı Ermənistan Azərbaycan ordusunun aprel döyüşlərindəki sücaətini bəlkə də heç vaxt unutmayacaq. Bugünlər onların saxta miflərinin məhv olduğu tarixlərdi. Onlara bu qorxunu yaşadanlar isə tarixdə qəhrəmanlar sırasına yazıldılar. Onu bütün Azərbaycan intizarla gözlədi. O, 2016-cı ilin aprel döyüşlərinin son şəhidi idi. Söhbət gizir Seymur Qulamhüseyn oğlu Baxışovdan gedir. Seymur  1987-ci ildə Sumqayıtda doğulub.  İtkin düşdüyü güman olunan hərbçinin meyiti 2016-cı ilin aprelin 19-da döyüş meydanından götürülüb. O, Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Seymur Baxışov hələ gənc yaşlarından hərbiyə maraq göstərməyə başlayıb. Anasının qarşı çıxmasına baxmayaraq, o, hərbçi olacağına qərar verib. Hərbçi ailəsində boya-başa çatan Seymura Vətənini, millətini sevməyi aşılayıblar. Şəhid ölümü ilə əbədiyyət qazanır. Buna Seymur kimi şəhidlər vətənə olan sevgiləri ilə nail oldular. Bütün yaxşı xüsusiyyətlərin Seymurda cəmləndiyini deyən şəhidin anası oğlu ilə son görüşünü belə xatırlayır. Orta məktəbi də əla qiymətlərlə oxuyan Seymur müəllimlərinin sevimlisi olub. Hazırda baxışovlar ailəsinin bir arzusu var – Vətənin bütün torpaqları  qaytarılsın! Yalnız o zaman Xəzərlə üzbəüz yerləşən Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin ruhu dinclik tapacaq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər