Duzun faydaları və zərərləri – Bunları hər kəs bilməli

231
Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz duz, suyun buxarlanması nəticəsində əmələ gələn ağ və qoxusuz kristallara deyilir. Duz, təbiətdə tərkibində ən çox natrium olan qida növüdür. Eyni zamanda kalsium, kalium, sink və mis elementləri ilə də zəngindir. Duzun bəzi faydaları olsa da, miqdarının çoxluğu insan orqanizmi üçün zərərlidir. Buna görə də duzun xeyrindən faydalanmaq üçün miqdarına diqqət etmək lazımdır.
Xəstəliklərə təsir gücü
 Tədqiqatlar nəticəsində bədəndəki duzun az olmasının xroniki xəstəliklərə səbəb ola biləcəyi müəyyən edilib. Məsələn, ürək xəstəliyi və aşağı qan təzyiqi olan insanlar duzdan daha çox istifadə etməlidir. Ancaq  mütəxəssislər yüksək qan təzyiqi olan insanların duzdan uzaq durmasını məsləhət görür. Tənəffüs yolunda problem olan xəstələr duz qəbul edə bilər, çünki  zərərli bakteriyaların sayını azalda bilir. Duz sinus kanalını da açır və bronxial tıxanıqlığı aradan qaldırır.
Qanda insulinin səviyyəsini azaltmağa kömək edir, diabet xəstələrinin asanlıqla qəbul edə biləcəyi qidalardan biridir.
Həzmi asanlaşdırmağın ən ideal yolu tüpürcək vəzilərinin fəaliyyətini artırmaqdır. Bu prosesi həyata keçirən ən sağlam qida duzdur. Tüpürcək vəzilərindəki maye miqdarını artırır və zərərli bakteriyaları azaltmaqla tüpürcəyin tərkibindəki zərərli bakteriyaları məhv edir.
Duzdan az istifadə edən insanlarda həddindən artıq bəlğəm ifraz olunur. Bu isə yuxu zamanı ağız suyunun axıntısına səbəb olur. Yatmazdan əvvəl duzlu su içmək serotinin hormonunu balanslaşdıraraq stress və gərginlik kimi xoşagəlməz halların qarşısını alır. Bundan əlavə,  yuxu problemi olan insanlarda yuxunu tənzimləməyə kömək edir.
Duz immunitet sistemindəki zərərli bakteriyaları azaldır. Bu, viruslarla daha yaxşı mübarizə aparmaq üçün immunitet sistemini gücləndirir.
Bədəndəki kalsium miqdarı anemiyanın formalaşmasında iştirak edən ən təsirli elementlərdən biridir. Ayrıca əzələ və sinir toxumalarında turşu səviyyəsini tarazlaşdırır, oynaqlarda su yığılması riskini azaldır.
Duz həmçini, egzema, göz xəstəlikləri, saç tökülməsi, həddindən artıq tərləmə, sümük xəstəliklərinin təbii müalicə üsullarında istifadə olunur.
Oğuz Türksoy
Baku Post

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər