Əfqanıstanda güclü zəlzələ: 1000 ölü

628

Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub.

***
Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ən azı 920 nəfər ölüb, 620-yə yaxın insan yaralanıb.
Bu barədə çərşənbə günü İslam Əmirliyinin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökuməti nazirinin müavini Tolo News telekanalının bəyanatında bildirib.

Daha əvvəl 300-ə yaxın ölü, 600-ə yaxın yaralı olduğu bildirilirdi.

***
Əfqanıstanın şərqində yerləşən Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində qurbanlarının sayı 280-i ötüb, azı 250 nəfər xəsarət alıb.

AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Pajvok agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

***
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb. Qeyd edək ki, daha öncə ABŞ-ın “The Washington Post” qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər