Əhali banklara hansı valyutada əmanət qoymağa üstünlük verir?

1146

Azərbaycanda əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi azalmağa  başlayıb. Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi noyabr ayı ərzində 0,8% və ya 66,5 milyon manat azalaraq dekabr ayının əvvəlində 8 milyard 73,5 milyon manata düşüb.
Azalma yalnız xarici valyutada qeydə alınıb. Xarici valyutada yerləşdirilən əmanətlər son bir ay ərzində 120,8 milyon manat azalaraq 5 milyard 171,9 milyon manatdan 5 milyard 51,1 milyon manata enib.
Milli valyuta ilə yerləşdirilən əmanətlər üzrə isə artım qeydə alınıb. Son bir ay ərzində milli valyutada yerləşdirilən əmanətlər 54,3 milyon manat artaraq 2 milyrad 968,1 milyon manatdan 3 milyard 22,4 milyon manata qədər artıb.
Bu azalmaya baxmayaraq rəqəmlərdən də göründüyü kimi əmanətlərin 62,6%-i xarici valyutada yerləşdirilib.
Məlumat üçün bildirək ki, ötən ilin əvvəlindən ötən 11 ay ərzində həm milli valyutada yerləşdirilən əmanətlər, həm də xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. 2018-ci ilin yanvar ayının əvvəlində milli valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 7,8% olduğu halda dekabr ayının əvvəlində 7%-ə enib. Bu dövürdə xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta  faiz dərəcəsi isə 2,6%-dən 2%-ə düşüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər