Əhalinin ən yüksək real gəliri olan şəhərlərin reytinqi – TOP-10

1350
“Deutsche Bank”ın mütəxəssisləri bütün vergilərdən və mənzil kirayəsindən sonra əhalinin real gəliri baxımından dünya şəhərlərinin reytinqini tərtib edib.
ONA -nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər ailədə iki nəfərin işlədiyini nəzərə alaraq ayda adambaşına düşən gəlirləri hesablayıblar.
Siyahının ilk pilləsində San-Fransisko qərarlaşıb. Burada əhalinin adambaşına düşən aylıq real gəlirin həcmi 4 710 ABŞ dolları təşkil edir. Reytinqin son yerini isə Vellinqton tutub. Bu şəhərdə sözügedən göstərici 2 075 dollara bərabərdir.
Əhalinin ən yüksək real gəliri olan TOP-10 şəhər:
# Şəhər Ölkə Əhalinin adambaşına düşən aylıq real gəliri, ABŞ dolları
1 San-Fransisko ABŞ 4 710
2 Sürix İsveçrə 4 626
3 Çikaqo ABŞ 3 298
4 Boston ABŞ 3 188
5 Nyu-York ABŞ 3 157
6 Sidney Avstraliya 2 615
7 Melburn Avstraliya 2 485
8 Oslo Norveç 2 342
9 Kopenhagen Danimarka 2 285
10 Vellinqton Yeni Zelandiya 2 075

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər