Əlaqələndirmə Mərkəzinin üzvləri qazilərimizi evində ziyarət etdi – FOTOLAR

858

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır.Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır.
Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Əlaqələndirmə mərkəzinin üzvləri qazilərimiz – Yəhyayev Elvin Fədail oğlunu, Məmmədov Ədalət Ramazan oğlunu, Babayev Şəhriyar Telman oğlunu, Əhmədov Bəhram Abdulkərim oğlunu evində ziyarət edib, onların sosial vəziyyəti, səhətləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib.

Qeyd edək ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid mərkəzdən həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər