“Elektron Büdcə” sistemi yaradıla bilər

1253

Azərbaycanda “Elektron Büdcə” sistemi yaradıla bilər.

Modern.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Mirkişili dövlət büdcəsinin gəlir və xərc hissəsində şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda “Elektron Büdcə” sistemini yaradılmasını təklif edib.

Deputat bildirib ki, gəlir və xərclərin bütün marşrutuna nəzarət edə biləcək bir innovativ sistemin yaradılması gələcəkdə büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə və nəzarət inzibatçılığının daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.

““Elektron Büdcə” – dövlət orqanlarının, büdcədənkənar fondların idarə edilməsini həyata keçirən orqanların, yerli idarəetmə orqanlarının və bələdiyyələrin fəaliyyətində şəffaflığı və hesabatlılığı təmin edən sistemdir. Həmçinin, vahid informasiya məkanının yaradılması və dövlət və bələdiyyə idaerəetməsində İKT-dən geniş istifadə hesabına maliyyə idarəetməsini keyfiyyətinin artırılmasına nail ola bilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər