Əliyevlə görüşə tələsən Putin çantasında Bakıya nə gətirir? - Rus POLİTOLOQLAR

1458

Rusiya prezidenti Vladimir Putin sabah Bakıya gəlir. Bakı görüşündə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə bir sıra mühüm məsələləri müzakirə edəcək. Xüsusilə iki ölkə arasında iqtisadi əlaqələr və geosiyasi proseslər müzakirə masasında əsas gündəmdir.

Publika.az rusiyalı politoloqların Putinin Bakı səfəri haqqında şərhlərini təqdim edir:

Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov Azərbaycan və Rusiya arasındakı isti münasibətlərə toxunub.

Onun sözlərinə görə, Putinlə İlham Əliyev Bakıda bir çox mühüm məsələlərə toxunacaq: “Putinin Bakı səfəri Rusiya və Azərbaycan arasında pozitiv notlardan xəbər verir. İki ölkə arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu, Moskva ilə münasibətləri gərginləşdirən İrəvan üçün də bir nümunədir. Putinin Bakı səfəri İrəvana göstərir ki, Ermənistanın yeni rəhbərliyi öz siyasəti ilə ölkəni təhlükəli zonaya daxil etdi, çünki Rusiya regionda əsas müttəfiqi kimi Azərbaycanı görməyə başlayıb”.

Markovun fikrincə, prezidentlər Bakıda energetika, iqtisadiyyat, Xəzər dənizində əlaqələr, “Şimal-Cənub” layihəsi də daxil olmaqla nəqliyyat layihələrini və hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər.

“Həmçinin, prezidentlər bütövlükdə regiondakı münasibətləri müzakirə edəcəklər. Çünki Yaxın Şərqdə qeyri-stabil vəziyyət davam edir, ABŞ İrana təzyiq göstərir, hansı ki, bu proses Azərbaycanın qonşuluğunda baş verir. Vladimir Putin dünya siyasətinin əsas oyunçularından biridir, İlham Əliyev də çox təcrübəli siyasətçidir. Azərbaycan liderinin böyük əlaqələri və ciddi informasiyaları var. Hesab edirəm ki, liderlər Rusiyada Azərbaycan icmasının yeni təşkilatının formalaşması məsələsinə də toxunacaqlar”, – deyə politoloq vurğulayıb.

S.Markov əlaqə edib ki, Putinlə Əliyev görüşlərinin intensiv şəkildə baş tutması iki ölkə münasibətlərinin çox pozitiv trekdə inkişaf etməsinin nümunəsidir: “Bununla yanaşı, İlham Əliyevlə Putinin arasında çox yaxşı dostluq münasibətləri var. Liderlərin görüşününü mütəmadi baş tutmasının səbəblərindən biri də regionda qeyri-stabil vəziyyət, xüsusilə Rusiya və Azərbaycan sərhədlərində baş verənlərdir. Ermənistandakı hadisələr də buna nümunədir”.

“İzborsk” klubunun sədri Aleksandr Proxanov hər şeydən əvvəl Rusiyanın Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğuna diqqət çəkib.

“Ermənistanda gərginlik yarandı, orada pro-Amerikan siyasətinin əksi görünür və bu Rusiyanı narahat edir. Bunun fonunda Rusiya üçün Azərbaycanın əhəmiyyəti ikiqat artıb. Güman edirəm ki, Əliyevlə Putinin görüşündə bu məsələlər müzakirə olunacaq. Digər tərəfdən, Moskva Bakı ilə iqtisadi münasibətləri gücləndirmək istəyir”, – deyə Proxanov diqqətə çatdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər