Emin Hacıyev Novruz bayramında seçiciləri ilə görüşdü

999
43 saylı Sumqayıt III seçki dairəsinin deputatı Emin Hacıyev Novruz bayramı sevincini seçiciləri ilə bölüşüb.
O, bununla bağlı “Facebook” sosial şəbəkəsində paylaşım edib:
“Azərbaycan xalqının qədim Novruz Bayramı münasibəti ilə bu gün bir çox seçicilərimizə bayram sovqatı təqdim etdik. Komandamızla bərabər həmin sovqatların paylanmasında özüm şəxsən iştirak etdim, seçicilərimizi dinlədim və onların bayramlarını təbrik etdim.
Cənab Prezident İlham Əliyev parlamentin ilk iclasında bütün deputatlara sakinlərlə sıx təmasda olmağı, onların problemləri ilə maraqlanmağı tövsiyə etdi. Mən millət vəkili olduğum müddətdə bu tövsiyəyə sadiq qalacağam.
Əziz həmvətənlərim!
Novruz Bayramınız mübarək olsun!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər