Emin Hacıyevin gənclərlə növbəti görüşü keçirildi - FOTO

842

7 sentyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının Gənclər Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı Emin Hacıyevin gənclərlə növbəti görüşü keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə deputat şəhərimizdə ən son dövrdə görülən işlər, Prezident İlham Əliyevin Sumqayıta səfərindən və bu səfərin yaratdığı gələcək perspektivlərdən, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısından söhbət açıb.

Emin Hacıyev həmçinin Sumqayıt şəhərinin mövcud ekoloji problemlərinin Milli Məclisdə və digər aidiyyəti qurumlarda səsləndirildiyini, həll olunması üçün görüşlərin keçirildiyini və hal-hazırda da bu istiqamətdə işlərin aparıldığını gənclərə çatdırıb. Daha sonra gənclərlə fikir mübadiləsi aparılaraq, gənclərin sualları deputat Emin Hacıyev tərəfindən cavablandırılıb.

Gənclərin ideyalarını və şəhərin inkişafı üçün təklif olunan sosial layihələri dinləyən Emin Hacıyev bu cür təşəbbüsləri hər zaman dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Sonda Ulu Öndər Heydər Əliyevin büstü qarşısında gənclərlə birgə xatirə fotosu çəkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər