730

Azərbaycan bir neçə bank istehlak krediti vermir.

Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan banklarında ən ucuz istehlak krediti verən bank “Naxcıvan Bank”dır. Belə ki, sözügedən bank illik 17%-lə kredit verir.
“Azərbaycan Beynəlxalq Bankı” – Müştərisi çoxdur
Qeyri-müştərilərə kredit verilmir. Maaşını sözügedən bankdan alan müştərilərə isə fərdi yanaşma ilə istehlak krediti verilir. Belə ki, bankdan nağd pul krediti almaq istəyən müştəri ən az 150 manat maaş almalıdır. 300 manatdan 20 min manatdək verilən kredit, 6 aydan 60 ayadək rəsmiləşdirilir. Faizlər isə fərdi yanaşma ilə müəyyən olunur. Yəni, bankın müştərisi istehlak krediti üçün ilk dəfə müraciət edirsə, təminatsız (zaminsiz) 28%, təminatlı (zaminlik əsasında) 26%, təkrar müştəri zaminsiz 26%, təkrar müştəri zaminli 1 il müddətinə 23%, 1 ildən yüksək müddətə isə 24% -dən kredit rəsmiləşdirilir.
Müştəri bankdan kredit əldə etmək üçün ən az halda son iş yerində 6 ay işləməlidir. Bank müştəriyə kredit vermək üçün şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı tələb edir.
Qeyd edək ki, zaminli kreditlərdə də zamin mütləq halda əmək haqqını sözügedən bankın kartı ilə almalıdır.
“Kapital Bank” – Hərbiçilərə güvənmir
Qeyri-müştərilərə (maaşını və ya pensiyasını sözügedən bankın kartı ilə almayanlar) kredit verilmir. Maaşını sözügedən bankdan alan müştərilər nağd pul krediti əldə etmək üçün ən az 70 manat əmək haqqı almalıdır. Kredit, 300 manatdan 20 min manatadək, 3 aydan 48 ayadək rəsmiləşdirir. İllik 29,84% rəsmiləşdirilən kreditə zaminin tələb olunması filialda kredit mütəxəssisi tərəfindən müəyyən olunur. Hərbiçilər isə kredit almaq üçün hər bir halda zaminlə müraciət etməlidirlər.
Sözügedən bankdan nəğd pul krediti almaq üçün son iş yerində ən az 3 ay işləmək lazımdır. Bank müştəri və zamindən şəxsiyyət vəsiqəsi və bank kartını (maaş və ya pensiya kartı) tələb edir. Hazırda bankda illik kredit faizlərində 4% endirim var.
“Paşa Bank” – Zamin tələb etmir
Qeyri-müştərilərə (maaşını və ya pensiyasını sözügedən bankın kartı ilə almayanlar) kredit verilmir. Müştərinin maaşının ən az halda nə qədər olmasına isə kredit mütəxəssisi qərar verir. Fiziki şəxslərə ən çox halda 30 min manat nağd pul krediti verilir. 12 aydan 48 ayadək rəsmiləşdirilən kreditdə faizlərə fərdi yanaşılır. Belə ki, müştəri “Pasha Holdinq”ə bağlı şirkətdə çalışırsa 17% – 22%, əgər qeyri bir şirkətdə çalışırsa o zaman 22% – 27% arası illik faiz dərəcəsi ilə üz-üzə qalır.
Sözügedən bank bütün hallarda krediti zaminsiz təqdim edir. Sadəcə şirkətdən 6 aylıq işlədiyi barədə məktub gətirməsi kifayət edir. Bankdan kredit almaq istəyən müştəri şəxsiyyət vəsiqəsi və bank kartı ilə müraciət etməlidir.
“Günay Bank” – Müştərilərə cavab vermir
Qeyri-müştərilərə kredit verilmir. Bankdan kredit almaq üçün yalnızca bankın müştərisi olmalısınız və müraciət etmək üçün mütləq banka yaxınlaşmaq lazımdır. Bank telefonlara cavab vermir.
“Access Bank” – Bakı qeydiyyatı olmalısan
Bankdan istehlak krediti ala bilmək üçün müştəri ən az 200 manat rəsmi əmək haqqı almalıdır. 500 manatdan 2 000 manatadək verilən nəğd kredit 6 aydan 24 ayadək rəsmiləşdirilir. İllik 29% -lə rəsmiləşdirilən kreditdən 1% də komissiya haqqı tutulur. Məbləğdən və müddətdən aslı olaraq zamin tələb oluna bilər ki, bunu da filialda kredit mütəxəssisi təyin edir. Əgər müştəri Abşeron və ya Bakı qeydiyyatı deyilsə, o zaman zamin yalnız Bakı qeydiyyatı olmalıdır.
Bankdan kredit əldə etmək istəyən müştəri, şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənəd kimi iş yerindən arayış və ya əmək haqqı kartının son 6 ayın çıxarışını təqdim etməlidir.
Zamin isə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı kartın son 6 ayın çıxarış sənədləri ilə kredit götürən şəxsə zamin dura bilər.
Bankdan qeyd olunub ki, müştəri haqqında məlumatın təhlili zamanı Bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər.
“AtaBank” – Bir addım geridə
Bütün növ kreditlərin verilməsi dayandırılıb. Hazırda yalnızca lombard krediti verilir. Qızıl zinət girovu ilə kredit verən bank, bankda əmanəti olan müştərilərə də kredit ayrır.
“Azər-Türk Bank” – Faizlərə fərdi yanaşılır
Bankdan kredit almaq üçün ən azı 200 manat rəsmi əmək haqqı tələb olunur. Ən çox 15 min manat nağd pul krediti verən bank, krediti 12 aydan 36 ayadək rəsmiləşdirir. 26% – 29% arasında rəsmiləşdirilən kredit faizi müddətə görə dəyişir. Yəni, 12 aylıq kredit 26%, 18 aylıq kredit 27%, 24 aylıq kredit 28%, 36 aylıq kredit 29% -lərlə verilir.
3 min manatdan yuxarı verilən istehlak kreditinə zamin tələb olunur. Müştəri bankdan kredit əldə etmək üçün son iş yerində 3, ümumi isə 6 ay iş təcrübəsi olmalıdır.
Bank müştəri və zamindən şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənəd tələb edir və ən az halda 10 manat komissiya haqqı (1%) tutur.
“VTB Azərbaycan” – Bakı ətrafında qeydiyyatda olmalısan
Müştəri bankdan kredit əldə etmək üçün ən az 270 manat rəsmi əmək haqqı almalıdır. 300 manatdan 10 min manatadək kredit verən bank 6 aydan 36 ayadək 28% -lə kredit rəsmiləşdirir. 3 500 manatdan yüksək kredit almaq istəyən müştərilər zaminlə birgə bankın filialına müraciət etməlidir. 2% komissiya haqqı tutan bank müştəridən 1 il iş təcrübəsi tələb edir.
Kredit götürən şəxslə birgə zamin də şəxsiyyət vəsiqəsi və bank kartından 6 aylıq çıxarış təqdim etməlidir
Qeyd edək ki, bank yalnız Bakı, Sumqayıt və Xırdalan qeydiyyatı olan şəxslərə kredit verir.
“Expressbank” – Müddətə görə faiz tətbiq edir
Bankdan istehlak krediti almaq üçün ən az halda 173 manat əmək haqqı tələb olunur. 300 manatdan 15 min manatadək istehlak krediti verən bank, krediti 3 aydan 36 ayadək rəsmiləşdirir. 20% -dən 24% dək dəyişən illik faiz dərəcəsi kreditin müddətinə görə təyin olunur. Belə ki, 3 aydan 12 aya kimi 20%, 13 aydan 24 ayadək 22%, 25 aydan 36 aya kimi isə 24% illik faiz dərəcələri tətbiq edilir.
Bank 5 min manatdan yuxarı istehlak krediti verdiyi zaman müştəridən mütləq halda zamin tələb edir. 5 min manata kimi isə zaminin tələb olunmasına kredit mütəxəssisi qərar verir. Ən az halda 6 ay iş təcrübəsi tələb edən bank, zamin və kredit götürən şəxsdən iş yerindən arayış və ya əmək haqqı kartından son 6 ayın çıxarışı və şəxsiyyət vəsiqəsi tələb edir.
Bank kredit rəsmiləşdirilən zaman 1% komissiya haqqı tutur.
“Xalq Bank” – Bakıda kredit verilmir
Sözügedən bank Bakı filiallarında istehlak krediti vermir. Bakı qeydiyyatı olan vətəndaşlar isə ən yaxın Sumqayıt filialına müraciət edə bilər.
Bank sadəcə region filiallarında kredit verdiyi üçün ən çox halda müştəriyə 2 min manat istehlak krediti verə bilir. 3 aydan 24 aya kimi rəsmiləşdirilən kreditin illik faiz dərəcəsi 22% -dən 28% dək dəyişir. Faizlərin dəyişməsini isə kredit mütəxəssisi müəyyənləşdirir. Bank müştəridən hər bir halda zamin tələb edir.
Bankdan kredit əldə etmək istəyən vətəndaş son iş yerində ən az 6 ay iş təcrübəsi olmalıdır.
Müştəri krediti rəsmiləşdirmək üçün 0,1%, nağdlaşdırmada isə 0,5% komissiya haqqı (ümumilikdə 0,6%) ödəməlidir. Kredit götürən şəxs və zamin iş yerindən və yaşayış yerindən arayış, cari bank kartından son 1 ilin çıxarışı və şəxsiyyət vəsiqəsi təqdim etməlidir.
“Bank of Baku” – Tibb və təhsil sahəsinin işçiləri 5% komissiya verməlidir
Bankdan istehlak krediti əldə etmək üçün müştəri ən az halda 205 manat rəsmi əmək haqqı almalıdır. 300 manatdan 20 min manatadək verilən istehlak krediti 3 aydan 48 ayadək rəsmiləşdirlir.
Rəsmiləşdirilən istehlak krediti müştərinin iş yeri və bankda olan tarixcəsinə görə 23% -dən 29% -dək illik faiz dərəcəsi arasında dəyişir. Yeni müştərilərdən 3 min manatdan yüksək kredit üçün zamin tələb olunur. Təkrar müştərilərə isə 5 min manatadək kreditin zaminsiz verilməsinə baxıla bilər.
Bankdan kredit almaq istəyən müştərilər bankın filialı olan regionlarda son iş yerində ən az 3 ay, filial olmaya regionalarda isə son 6 ay iş təcrübəsi tələb olunur. Zamin və kredit götürən şəxs, banka şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, maaş kartının son 6 aylıq çıxarışı və ya elektron arayış təqdim etməlidir.
Bank 1% – 2% arası (ən az halda 20 manat) komissiya haqqı tutur. Əgər müştərinin maaşı 205 manatdan azdırsa (təhsil və tibb sahəsinin işçiləri) o müştərilər kredit rəsmiləşdirilməsinə 1%, nağdlaşdırılmasına isə 3% komissiya haqqı , ümumilikdə 4% (ən az halda 20 manat) ödəyir.
“Muğanbank” – Hələ də kredit vermir
Ötən ildən istehlak krediti verilmir. Hazırda sadəcə ipoteka krediti və bankda əmanəti olan şəxslərə kredit verilir.
“Yapı Kredi Bank Azərbaycan” – Təkrar müştəriyə 3% endirim
300 manatdan 10 min manatadək istehlak krediti verən bank yeni müştərilərə sözügedən krediti 24%-lə təklif edir. Təkrar müştərilər isə illik 21% dərəcəsi ilə 6 aydan 36 ayadək istehlak krediti əldə edə bilər.
“Rabitəbank” – Güc strukturlarına endirim edilir
Bank müştərinin aylıq əmək haqqına limit tətbiq etmir.
Minimum kredit məbləği 300 manat, maksimum isə 5 000 manatdır. Güc strukturları və neft sahəsində çalışan şəxslər üçün bu məbləğ 10 000 manatadək hesablanır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 36 aydır. Güc strukturları üçün 3 aydan 24 aya kimi, neft sahəsində çalışanlara isə 3 aydan 36 aya kimi kredit müddəti uzadılır.
Minimal 26% maksimal kredit faizi isə 30% təşkil edir. Güc strukturları üçün 24%, neft sahəsində çalışanlara isə illik faiz dərəcəsi 23% təşkil edir. Faizlərin aşağı və ya yuxarı olması müddətə görə dəyişir. Kreditin verilmə müddəti nə qədər uzundursa, illik % (faizi) də ona görə yüksəlir.
Qeyri-müştəri 2 000 manatdan sonra 1(bir) zamin, güc strukturlarına isə 3 000 manatdan sonra 1(bir) zamin tələb olunur. Kredit götürmək üçün bankdan son 6 ayın maaş haqqında çıxarışı və şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni sənədlər zamin üçün də tətbiq edilir. Neft sahəsində çalışanlar üçün 5 min manatadək kreditin zaminsiz ayrılması mümkündür.
Bankda komissiya haqqı 1% olaraq müəyyənləşir.
“Unibank” – Əlildən sağlam zamin tələb edir
Bank istehlak krediti verdiyi müştərinin ən az halda 100 manat əmək haqqı almasını tələb edir. 300 manatdan 15 min manatadək istehlak krediti verən bank sözügedən krediti 3 aydan 36 ayadək rəsmiləşdirir. İllik faiz dərəcəsi məbləğə görə 23%-dən 33% dək dəyişir.
Zamin sadəcə Müddətdən Artıq Xidmət Edən (MAXE) və 1-ci qrup əlillərdən tələb edilir.
Bankdan qeyd olunub ki, MAXE-lərin zamini MAXE, 1-ci qrup əlillərin zamini isə əlil olmamalıdır. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış ya da bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb edilir. Eyni şərtlər zamin üçün də nəzərdə tutulub.
“Bank Nikoil” – 23 yaşı olana 1 il iş təcrübəsi
Bankın tələb etdiyi minimal maaş limiti yoxdur. Minimum kredit məbləği 500, maksimum isə 30 000 manatdır. Minimal kredit faizi 28, maksimal kredit faizi isə 29% təşkil edir.
Faizlərin aşağı və ya yuxarı olması kredit tarixçəsinə görə dəyişir.
5 000 manatdan sonra 1 nəfər zamin tələb olunur. Kredit götürmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən elektron arayış, bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb olunur.
Qeyd edək ki, müştərinin 23 yaşı olarsa 1 il, 23 yaşdan sonra isə 6 ay iş təcrübəsi tələb olunur. Eyni şərtlər zamin üçün də nəzərdə tutulub.
Komissiya haqqı 2% təşkil edir.
“AFB Bank” – Özəl sektoru sevmir
Bankdan istehlak krediti almaq üçün minimal maaş 300 manat olmalıdır. 500-10 000 manata arası istehlak krediti verən bank, krediti 12 aydan 24 ayadək rəsmiləşdirir.
Bank faiz dərəcələrinə isə fərdi yanaşır. Belə ki, bankdan maaaş alanlara 26%, dövlət strukturlarına 28%, özəl sektora isə 30% tətbiq olunur. Bank, 500 – 5 000 manat arası 1 zamin, 5 000 – 10 000 manat arası isə 2 zamin tələb edir.
Zamin və kredit götürən şəxs şəxsiyyət vəsiqəsi, iş yerindən arayış Elektron Hökümət və ya maaş aldığı bankdan çıxarış təqdim etməlidir və kredit götürən şəxs son iş yerində ən az 6 ay çalışmalıdır.
Komissiya haqqı 1% olaraq tutulur.
“TuranBank” – Benzin pulu üçün də kredit verir
Bank müştərinin əmək haqqında limit tətbiq etmir.
Minimum kredit məbləği 100 manat, maksimum isə 5 000 manatdır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 18 aydır. İstehlak krediti illik 29% tətbiq edilir.
2 000 manatadək 1(bir) zamin, 5 000 manatadək isə 2(iki) zamin tələb edilir. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış tələb olunur. Eyni sənədlər zamin üçün də qüvvədədir.
“Bank Respublika” – Məbləğə görə faiz dəyişir
Bankdan istehlak krediti almaq üçün əmək haqqına limit tətbiq olunmur. Min manatdan 5 min manatadək kredit verən bank, istehlak kreditini 6 aydan 24 ayadək rəsmiləşdirir. 2 min manata qədər olan kreditə 29%, 2 min manatdan 5 min manatadək 28% illik faiz dərəcəsi tətbiq olunur. Son iş yerindən 6 ay iş təcrübəsi tələb edən bank zamin və kredit götürən şəxsdən iş yerindən arayış və ya elektron arayış və əmək haqqı kartının son 6 ay çıxarışını tələb edir.
Sözügedən bankda komissiya haqqı 1%-dir.
“Azərbaycan Sənaye Bankı” – Maaşın 3 misli qədər kredit verir
Bankdan istehlak krediti əldə etmək üçün müştəri ən az halda 250 manat rəsmi maaş almalıdır. Bank maaşdan aslı olaraq müştəriyə əmək haqqının 3 misli qədər kredit verə bilir. 6 aydan 36 ayadək rəsmiləşdirilən kredit illik 24%-lə təqdim edilir.
Bankdan verilən məlumata görə, istənilən halda müştəridən zamin tələb olunur. 3 min manatdan yuxarı məbləğlərə isə 2 zamin tələb olunur.
Müştəri bankdan istehlak krediti almaq üçün son iş yerində 6 ay çalışmalıdır. Kredit götürən şəxs və zamin(lər) şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməlidir.
Bankda komissiya haqqı 1% təşkil edir.
“SilkWay Bank” – Müştərilər filiala müraciət etsin
Qeyri-müştərilərə (maaşını sözügedən bankın kartı ilə almayanlar) istehlak krediti verilmir
“AmrahBank” – Şirkətin nüfuzuna görə faiz tətbiq olunur
Bank müştəridən minimal əmək haqqı tələb etmir. Əmək haqqına uyğun kredit verilir.
Ən az halda 300, ən çox halda isə 10 min manat istehlak krediti verən bank, sözügedən krediti 3 aydan 24 ayadək rəsmiləşdirir. Müştərinin iş yerinə görə illik faiz dərəcəsi tətbiq edən bank, nüfuzlu şirkətlətə ucuz kredit verir. 26%-dən 30%-dək illik kredit faizi tətbiq olunur və zaminin də çalışdığı şirkətin nüfuzuna uyğun kredit hesablanır.
Müştəri son iş yerində 6 ay çalışmalıdır və zamilə bərabər şəxsiyyət vəsiqəsi, maliyyə arayışı və qeydiyyatını dəqiqləşdirmək üçün əlavə sənədlər də tələb oluna bilər.
Bank 5 min manatdan aşağı 2%, 5 min manatdan yuxarı kredit məbləğinə 1% komissiya haqqı tutulur.
“AgBank” – İstehlak krediti üçün qapımızı döyməyin
Ötən ildən istehlak kreditlərinin verilməsi dayandırılıb. Bank hazırda ipoteka və əmanət əsasında kredit verir.
“NBC bank” – Kampaniyaya görə komissiya haqqı yüksəkdir
Bankdan istehlak krediti əldə etmək üçün 155 manat rəsmi maaş tələb olunur. 200 manatdan 10 min manatadək verilən istehlak krediti 1 aydan 36 ayadək rəsmiləşdirilir. Müddətə görə dəyişən illik faiz dərəcəsi 24% – 29% arasında müəyyənləşdirilir. Hazırda bankda kampaniya olduğu üçün illik faiz dərəcəsi 22%-dək azalıb. Müştəri bankdan kredit ala bilmək üçün son iş yerində 6 ay iş təcrübəsinə malik olmalıdır. 5 min manatadək zamin tələb olunmasa da, 5 min manatdan yüksək məbləğdə zamin tələb olunur və zaminlə bərabər kredit götürən şəxs də şəxsiyyət vəsiqəsi və əmək haqqı kartından son 6 ayın çıxarışını təqdim etməlidir.
Hazırda bankda mart ayının 31 –nə kimi kampaniya olduğu üçün 3% komissiya haqqı tutulur. Adi hallarda isə bu, 2%-3% arasında dəyişir.
“Bank Avrasiya” – Kredit faizlərində məhdudiyyət yoxdur
Bankdan kredit almaq üçün ən az halda 300 manat rəsmi əmək haqqı alınmalıdır. 500 manatdan 5 min manatadək kredit rəsmiləşdirən bank kredit müddətini dəyişməyərək 18 aylıq kredit verir. Kredit mütəxəssisi tərəfindən müəyyən olunan illik faiz dərəcəsi ən az halda 25% -lə tətbiq olunur.
Bank müştəridən hər bir halda zamin tələb edir və zaminlə birlikdə kredit götürən şəxs şəxsiyyət vəsiqəsi, iş yerindən arayış (vəzifə, iş təcrübəsi və əmək haqqı qeyd olunmalıdır), əmək haqqı kartından son 6 ayın çıxarışını banka tətbiq etməlidir. Bundan başqa kredit götürən şəxs son iş yerində 1 il iş təcrübəsinə malik olmalıdır.
Bank, 0,5% komissiya haqqı tutur.
“BTB Bank” – Ən baha krediti təqaüdçülərə verir
Bankdan kredit almaq üçün maaş məhdudiyyəti olmasa da, ölkə üzrə yaşayış minimumdan (173 manat) yüksək olarsa, kredit işinə baxıla bilir. 300 manatdan 5 min manatadək verilən istehlak krediti, 3 aydan 6 aya qədər müddətdə rəsmiləşdirilir.
Bankda illik faiz dərəcələri də müxtəlifdir. Belə ki, “A” kateqoriyalı müəssisələrin əməkdaşları, habelə dövlət və ya özəl müəssisələrdə çalışan 1-ci (rəhbərlik), 2-ci (rəhbərliyin birbaşa tabeçiliyində olan) şəxslər, departament və şöbə rəhbərləri: 29% və müsbət kredit tarixçəli müştərilər: 29%-lə istehlak krediti əldə edə bilir. Dövlət müəssisələrinin əməkdaşları üzrə 30%, özəl müəssisələrin əməkdaşları üzrə 31%, minimum, 400 AZN təqaüd alan təqaüdçülər (yalnız yaşa və xidmət illərinə görə təqaüdə çıxanlar) üzrə 32% təşkil edir.
Qeyd edək ki, kreditin məbləği 2000 AZN dən yuxarı olduqda 1 zamin tələb edilir.
“Melli İran Bankı Bakı” – Min manatdan aşağı kredit verilmir
200 manat rəsmi maaş alan şəxslər bankdan istehlak krediti əldə edə bilər. Ən az halda 1 000 manat kredit verilsə də, müştərinin maaşına baxılaraq yüksək məbləğlərdə də kredit verilə bilər. Bank istehlak kreditini 6 aydan 36 ayadək rəsmiləşdirə bilir. 18%-26% arası illik faiz dərəci tətbiq edən bank, kreditin müddətinə, müştərinin əmək haqqına, aldığı istehlak kreditinin valyutasına və təminatına görə faiz tətbiq edir. Bank, kredit əldə etmək istəyən müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb edir.
Həmçinin eyni sənədlərlə 2 000 manata kimi 1 zamin, 5 000 manata kimi 2 zamin tələb edir.
“Pakistan Milli Bankı” – İstehlak krediti istəyirsən? O zaman başqa qapıya
İstehlak krediti verilmir
“Naxcıvanbank” – Ən ucuz krediti biz veririk
20 000 manatadək istehlak krediti verən bank, krediti 3 aydan 18 ayadək rəsmiləşdirir. İstehlak krediti 17-18% arasında verilir.
“Ziraat Bank Azərbaycan” – Türkiyəyə müraciət etmək lazımdır
Məlumat verilmir.
mənbə: olke.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər