Epilepsiyanin cərrahi yolla müalicəsi - MÜSAHİBƏ

442

Baku Medical Plaza Klinikasının Neyrocərrahı Uzman Dr. Tural Rəhimli Epilepsiyanin cərrahi yolla müalicəsi haqqında Unikal.org-a danışıb.

Epilepsiya nədir və insanlara hansı şəkildə təsir edir?

Epilepsiya xroniki nevroloji xəstəlikdir. Əksər hallarda insanların iradəsinə tabe olmayan və onların həmin andakı fəaliyyətini məhdudlaşdıran bir xəstəlikdir. Qısa və uzun sürən, gündə bir neçə dəfə takrarlayabilən müxtəlif formaları vardır.
Epilepsiya insanların günlük fəaliyyətini məhdudlaşdırdığı kimi, insanların uzun dönəmdə bir çox işlərini əngəlliyir. Bir çox epilepsiya xəstələri tez tez başverən qıcolmalar səbəbi ilə təhsillərini davam etdirəbilmir, bəziləri isə hətta ailə həyatlarını bu xəstəliyin ucbatından başlamamış bitirmiş olurlar.

Epilepsiyanın müalicəsi necədir?

Epilepsiyanın bir çox növü darman müalicəsi ilə nazarətə alına bilir. Yəni, epilepsiya xəstələri uyğun dərman müalicəsi ilə normal həaytlarını qıcolmalar olmadan davam etdirirlər.

Dərman müalicəsi ilə qıcolmaları azalmayan hallarda yanaşma necə olur?

Dərman müalicəsi ilə qıcolmaları keçməyən xəstələrdə isə əməliyyat ola biləcəyini müzakirə edirik.
Epilepsiya cərrahiyyəsi adı ilə icra olunan əməliyyatlar müxtəlifdir. Bunların bəziləri müalicəvidir, yəni əməliyyatdan sonar qıcolmalar tamamilə dayanır, bəziləri isə yüngülləşdiricidir, yəni əməliyyatla qıcolmalar tam keçməz, qıcolmaların sayı və şiddəti azala bilər. Biz buna Palliativ əməliyyat deyirik.
Təbii ki, bütün xəstələrə əməliyyat tətbiq etmək imkansızdır.

Əməliyyat olunacaq xəstələr necə müəyyən edilir, yəni hansı xəstələr əməliyyat edilir?

Uzun zamandır qıcolmaları olan və dərman müalicəsi almasına baxmayaraq qıcolmalar eyni şiddətlə davam edirsə bu xəstələrdə əməliyyatın rolu müzakirə olunur. Yəni ilk əvvəl xəstələr Nevroloqun müalicəsinə tabe tutulur, müxtəlif dərman kombinasiyasına baxmayaraq qıcolmalar davam edirsə bu xəstələr müyyən araşdırma və müzakirənin yekunu olaraq əməliyyata yönləndirilirlər.
Bu qərarın verilməsində əsasən Nevroloq və Neyrocərrahın müzakirəsi önəm daşıyır.

Əməliyyatla qıcolmalar tam keçəbilərmi?

Bəli. Epilepsiyanın bəzi növlərində, biz buna gicgah payı epilepsiyası deyirik, əməliyyatla qıcolmaların tam keçməsi ehtimalı 90%-dir.

Bu xəstələr necə müəyyən edilir?

Bayaq dediyim kimi, dərman qəbuluna baxmayaraq yaxşılaşma olmayan və ay ərzində çoxsaylı tutmaları olan xəstələrin EEQ və MRT müayinələri müzakirə edildikdən sonra əməliyyata uyğun olub olmadığı müəyyənləşdirilir. Gicgah payı epilepsiyası aşkarlanan xəstələrə bu əməliyyatı icra edirik.

Azərbaycanda nə qədər belə əməliyyata uyğun olan xəstə var?

Təxmini rəqəm söyləyə bilərəm ki, Azərbaycanda 4000-ə yaxın belə xəstə var və əməliyyat olunmalarını gözləyirlər.

Neçə xəstəniz bu şəkildə uğurlu əməliyyat olunub?

Azərbaycanda fəaliyyət göstərdiyim illər ərzində 50-dən çox bu əməliyyatı icra etdiyim xəstələr var. Bu xəstələrin 2-sində qısmi fayda alsaq da qalanı qıcolmalardan tam şəkildə azad olub. Artıq dərman istifadəsinidə saxladığımız pasientlər vardır.
Onlara xəstə demək doğru olmaz, onlar artıq normal həyata qədəm qoymuş insanlardır.

Ünvan: Xətai rayonu, Babək prospekti 92 N

Əlaqə nömrəsi: 050 207 70 33

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər