Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək

455

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan hava limanının açılışı üçün Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün “A Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Qarabağın bərpası istiqamətində müsbət işlər görülür.

“Qarabağın bərpası, iqtisadiyyatının dirçəldilməsi, məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək”, – deyə İ.Kalın əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər