ERMƏNİLƏRİN TERROR VƏ İŞGALÇILIQ SİYASƏTİ

1641

Müasir dövrdə bir sıra dövlətlər beynəlxalq birlik tərəfindən terrorçu dövlət kimi tanınmasalar da bu dövlətlər terror və işgalçılıq siyasətindən aktiv şəkildə istifadə edirlər. Heç şübhəsiz ki, Ermənistan Respublikası bu siyahıda birinci yer tutur. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətin əsas vasitələrində birinə çevirdi.
XIX əsrin ikinci yarısından başlayaraq ermənilər Türkiyənin şərq əyalətlərində və Cənubi Qafqazın azərbaycanlılar yaşayan torpaqlarında “Böyük Ermənistan” yaratmaq istiqamətində maarifləndirmək və mübarizəni təşkil etmək məqsədi ilə bir sıra komitələr, şovinist cəmiyyətlər və terror təşkilatlarının əsasını qoyuldular.
İlk erməni cəmiyyəti 1860-cı ildə İstanbulda yaradılan “Xeyriyyə Cəmiyyəti” idi. Onun təşkilatçıları X.Şişmakyan və M.Beşikdaşıyan Zeytun qırğınlarının fəal iştirakçıları olmuşdular.
1869-1870-ci illərdə İstanbul “Kilikiya” adlı cəmiyyət təşkil edildi. 1874-cü ildə X.Kerekçyan Qarsda “Azadlıq adlı” gizli təşkilat yaratdı.
1881-ci ildə Ərzurumda “Vətən müdafiəçiləri” təşkilatı zühür etdi. Əsasən kəndliləri və sənətkarları özündə birləşdirən bu təşkilatın rəhbəri yoxsul sənətkar Xaçatur Qreqoryan idi. Təşkilatı genişləndirmək üçün İstanbulda, Qafqazda şöbələr açıldı.
1985-ci ildə Fransanın Marsel şəhərində yaradılmış “Aramenakan” partiyasının “Ermənistanın azad edilməsi haqqında təlim” adlanan və sual cavab formasında yazılmış proqramında deyilirdi: Sual – “Ermənistanı yadellilərdən kim azad etməlidir?” Cavab – “Vasitələr müxtəlifdir, şəraitdən asılı olaraq bəzən öz silahı ilə, bəzən pulla, bəzən isə xaricilərin köməyi ilə”. Sual- “Azadlıq bayrağını və qılıncını kim qaldırmalıdır?” Cavab – “Bayrağı erməni “kişisi” qaldırmalıdır, qılıncı isə bütün erməni gəncləri, yeniyetmələr və 16 yaşından 45 yaşınadək kişilər”.
1887-ci ildə İsveçrənin Cenevrə şəhərində Qafqazdan olan bir qrup erməni tələbəsi tərəfindən (A.Nazerbekyan, M.Vartanyan, X.Ohanyan və b.) “Hinçak”, (“Zəng”) partiyasının əsası qoyuldu. Partiyanın ilkin məqsədi siyasi və milli cəhətdən müstəqil olan Türkiyədə Ermənistanın yaradılmasına nail olmaqdır. Təbliğat, fitnəkarlıq, terror, təşkilatlanma… məqsədə çatmaq üçün əsas metodlardır.
Bu dövrdə yaradılan daha təhlükəli və qatı millətçi partiya “Daşnaksütyun” oldu. Liderləri X.Mikaelyan, S.Zoryan, S.Zavaryan olan “Erməni Federativ” inqilab partiyası və yaxud “Daşnaksütyun”un 1892-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən ilk qurultayı ermənilərin silahlanması təşkilatlanması, silahlı üsyan, dövlət idarələrinə zərbələr, dövlət adamlarına sui-qəsdlər yolu ilə müstəqil demokratik respublika yaradılmasını son məqsəd olaraq qərarlaşdırdı.
Partiyanın rəsmi manifestində bəyan edilirdi ki, öz məqsədlərinə çatmaq üçün inqilabi qruplar yaradacaq və üsyanlara rəvac verəcəkdir. Inqilabçı qrupların yaradılmasını vacib sayan məqamlar rəsmi manifestdə çap olunmuşdu:
“Döyüşən bandalar yaratmaq; xalqın inlabı fəaliyyətin və ruhunu oyatmaq məqsədi ilə həm söz, həm də işdə bütün vasitələrdən istifadə etmək; xalqı silahlandırmaq üçün bütün vasitələrdən istifadə etmək; inqilabçı komitələr təşkil etmək və onların arasında sabit əlaqələr yaratmaq; Döyüş görüntüsü yaratmaq və dövlət rəsmlərini, xəbərçiləri, sələmçiləri, satqınları və hər cür istismarçıları qorxuya salmaq; adamları və silah-sürsatı daşımaq üçün nəqliyyat əlaqəsi yaratmaq; dövlət müəssisələrini talamaq və alt-üst etmək.
“Daşnaksütyun”un minimum məqsədi milli erməni dövləti yaratmaq, maksimum məqsədi isə dənizdən-dənizə: Adanadan-Trabzona və Bakıya qədər uzanan “Böyük ermənistan” yaratmaq idi. Məqsədinə nail olmaq yolunu isə partiya terrorda görürdü.
“Daşnaksütyun”un “Qırmızı Xaç”, “Özünü müdafiə Komitəsi”, “Terrorçu fəaliyyət Komitəsi”, “Vahimə təşkilatı” və s. adda xüsusi təyinatlı təşkilatlar vardır.
Hazırda Azərbaycanın işğal olunan ərazilərində erməni terror təşkilatları fəaliyyət göstərir. Bunlar “ASALA” və “HAYDAD” təşkilatlarıdır. Onlar öz aralarında bölüşdükləri vəzifələri nəzərdən keçirək.
“ASALA” Azərbaycanın dünya bazarına çıxış yollarını nəzarətə götürmək:
Yanacaq – enerji mənbələrinin keçid nöqtələrini müəyyənləşdirmək; neft yataqlarının xəritəsi; xarici neft şirkətlərinin ərazi dairəsi, təhlükəsizlik planlarının araşdırılması; neft sahəsində tanınmış ictimai-siyasi xadimlərə qarşı ölüm hökmünün icrası; neft kəmərlərinin keçid məntəqələrinin öyrənilməsi və həmin keçid məntəqələrinə yaxın ərazilərdə qapalı təlim düşərgələrinin yaradılması.
“HAYDAD” – Azərbaycanın tanınmış, dünya miqyaslı ziyalılarına qarşı “hücüm taktikası”nı reallaşdırmaq;
Mənəvi terror (əslində kökündə erməni olan, qohumluq əlaqəsi olan əlaqələri saxlayan və hal-hazırda Azərbaycanın müxtəlif hökumət və dövlət idarəetmə orqanlarında, güc nazirliklərində çalışan “yerli şəxslər vasitəsilə həyata keçirilməsini” təmin etmək); iqtisadi strategiyanı müəyyənləşdirən kadr potensialını parçalamaq, iflic etmək; müxalifət – iqtidar münasibətlərini gərginləşdirmək; tanınmış şəxslərə qarşı fiziki hücum-terror planlarının reallaşması.
Qeyd olunanlar yalnız iki terror təşkilatının deyil, bütövlükdə terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycana qarşı hücum və təxribat proqramının başlıca müddəalarıdır. İşğal olunmuş ərazilərdə ekoloji terrorun hazırlanması və həyata keçirilməsi tərəfindən məxfi eksperimental laboratoriyalar yaradılır ki, “ERRİ-BAL” zəhərləyici maddələri də burada saxlanılır. Ermənistan Respublikası Dağlıq Qarabağ və zəbt edilmiş ərazilərdə atom-elektrik stansiyasının radioaktiv tullantılarını basdırır, zərərli radioaktiv sənaye tullantılarını Araz çayına axıdır. Ermənilər işğal zonasında mədəni- tarixi abidələrimizin məhv edilməsi ilə də məşğuldurlar. Füzuli şəhərinin 17 km-də Quruçay dərəsində Tuğ çökəkliyində yerləşən Azıx və Tağlar mağaraları kimi dünya əhəmiyyətli abidələr dağıdılmışdır. Əldə olunan məlumatlara görə, hazırda Şuşa mağarası, Şuşa qala divarları, Şuşada görkəmli Azərbaycan şairi M.P.Vaqifin məqbərəsi, Füzulidə Şah Abbas karvansarası, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s.yaşayış məskənlərində olan mədəni-tarixi abidələrimiz dağıdılmışdır.
Terrorizmin maliyyələşdirilməsinə yönəldilən narkotik maddələrin istehsalı, nəqli və satışı nəticəsində əldə olunan vəsait də erməni separatçıları üçün başlıca gəlir mənbəyidir. Ölkəmizin işğal olunmuş ərazilərində hazırda bir sıra terror təşkilatları fəaliyyət göstərir. Laçın rayonunun Zabux kəndində “Kürd konqresi”, Xocavəndin Qırmızıbazar ərazisində “Xalq Azadlıq Cəbhəsi”, Zəngilan rayonunun Mincivan qəsəbəsində isə “Hizbullah” və “Həmas”. Bundan əlavə Dağlıq Qarabağ ərazisinin üç müxtəlif yerində “ASALA” – nın təlim düşərgələri təşkil olunub. Bunlar Xəlfəli (Şuşa), Kiş (Xocavənd) və Əsgəran yaşayış məntəqələrində yerləşir. Ermənilər məhşur terrorçu təşkilatları olan “Əl-Qaidə” və “İŞİD” ilə sıx əlaqə saxlayırlar. Təşkilatın “Vanquards” analitiklər qrupuna 1992-1996-cı illərdə Yerevan Fizika İnstitunda işləyən, sonra isə Moskvaya köçən L.Mikaçlyan başçılıq edir. İşğal olunmuş ərazilərdə ermənilər terrorçuluğun 4 istiqaməti üzrə fəaliyyət göstərirlər:
Nüvə terrorizmi (Həsəniriz, Ağdaban, Kurapatkin və Xanabad); Bioloji terrorizm (Kiş, Aşağı Veysəlli və İstisu); Kimyəvi terrorizm (Havuslu və Veynəli); Kompüter terrorizmi (Şuşa və Xankəndi).
Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasəti öz bəhrəsini verməkdədir.2016 cı il aprelin 2 də Milli ordumuzun erməni təcavözkarlarına laigli cavabı nəticəsində onların mifik “qəhramanlıgı”məhv edildi.Dünya ictimaiyyəti və bir çox beynəlxalq təşkilatlar Azərbaycanın ərazisində ermənilərin apardıgları terror,işgalçılıq və təxribat fəaliyyəti haqqında artıq məlumatlıdırlar. Biz inanırıq ki,bu siyasət 11aprel 2018 ci il prezident seckilərindən sonrada ugurla davam etdiriləcək və bizim qələbəmiz ilə nəticələnəcək.

ELMAR XƏLİLOV
Sumqayıt Dövlət Universitetinin
dosenti, tarix üzrə fəlsəfə doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər