“Ermənistan bizim ərazimizi tanımayınca, biz də Ermənistanın ərazisini tanımayacağıq”-TAHİR MİRKİŞİLİ

401
“Ermənistan bizim 86.600 km2 ərazimizi tanımayınca, biz də Ermənistanın 29.743 km2 ərazisini tanımayacağıq”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili  Tahir Mirkişili səsləndirib.
Millət vəkili qeyd edib ki, hazırda Ermənistan nəzarətində 125 km2 -ə yaxın ərazimiz qalıb (anklav kəndlər – Qazaxın və s.). Tanınmayan sərhədlərdə kimin hansı ərazidə dayanması artıq texniki məsələdir, beynəlxalq qanunlara heç bir aidiyyatı yoxdur. Beləliklə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər ”Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər, çünki o ərazilərdə daim azərbaycanlılar yaşayıb. Ermənilər tarixi seçim qarşısındadırlar: “To be or not to be” (Olum ya ölüm).
Azərbaycan sülh, ləyaqətli həyat və qarşılıqlı hörmətin hökm sürdüyü bir Qafqaz istəyir və onu dizayn etməkdədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər