“Ermənistan rəhbərliyi odla oynayır” – XİN-dən açıqlama

1138

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törətməsinə, dinc sakinləri atəşə tutmasına reaksiya verib. 

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, mənəvi və beynəlxalq humanitar hüquq normalarına ziddi şəkildə mülki insanların və obyektlərin qəsdən hədəfə alınması Ermənistan silahlı qüvvələri üçün ənənəvi xarakter daşıyır və asimmetrik taktika olaraq döyüş hazırlığının tərkibinə daxil edilib: “2016-cı ilin aprelində də Ermənistanın qəsdən və hədəflənmiş şəkildə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutması vəziyyətin gərginləşməsinə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri tərəfindən əks-həmlə tədbirlərinin görülməsinə səbəb olub.

Ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Ermənistan silahlı qüvvələrinin siralarında olan “keçmiş qvardiyaçılar” da vəziyyətin gərginləşdirilməsi üçün təhrikçi rol oynamaqda davam edirlər.

Ermənistan rəhbərliyi nəhayət reallığı dərk etməlidir ki, Azərbaycan vəziyyətin daim bugünkü formada davam etməsinə heç vaxt imkan verməyəcək.

Azərbaycanın BMT Nizamnaməsi əsasında ayrılmaz hüquqlarında istifadə edərək atmalı olacağı addımların məsuliyyəti isə tam şəkildə Ermənistanın üzərinə düşəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər