“Əvvəllər aldığımız məktublar da kəsilib…”- Dilqəm və Şahbazın qardaşları…

1059

Bu gün 11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Şahbaz Quliyev girov götürülərkən onların yanında olan digər soydaşımız Həsən Həsənov qətlə yetirilib.

Erəmistan tərəfindən Azərbaycanın işağ edilmiş ərazilərinə yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında Dilqəm Əsgərov “ömürlük”, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrub edilib. Hadisənin artıq bu gün dörd ili tamam olur.

Moderator.az -a danışan girovluqda olan soydaşlarımızın qardaşları dörd il ərzində onların azad edilməsi üçün heç bir irəliləyişin olmadığını dedilər:

Dilqəmin qardaşı Sahib Əsəgərov:

“Onların azad edilməsi üçün bu dörd il ərzində heç bir irəliləyiş olmadı. Əvvəllər aldığımız məktublar da artıq kəsilib. Mən məktub yazıram, görüntülü video da yollayıram, amma onlar tərəfdən heç bir cavab yoxdur”.

Şahbazın qardaşı İlham Quliyev:

“Hadisədən dörd il keçməsinə baxmayaraq, hər şey getdikcə daha da pisləşir. Artıq son iki ayda onlar haqda heç bir məlumatımız yoxdur. Yazdığımız məktubların da çatıb-çatmaması haqda heç bir cavab almamışıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər