Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunacaq

979

Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

F.Heydərov son zamanlar uzun müddət xəstəxanada müalicə olunub. Lakin son günlər vəziyyəti kritik olaraq ağırlaşdığı üçün xəstəxanadan çıxarılaraq evə aparılıb.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər