FHN-in Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib – FOTO

631
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib.
sumqayitxeber.com-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında Sumqayıt Regional Mərkəzinin Operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsinin rəisi polkovnik-leytenant Rafiq Həsənov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodkabinetin metodisti Aslan Həziyev və digərləri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Yarışlar ayrı-ayrılıqda Sumqayıt şəhəri,  Abşeron və Xızı rayonları üzrə keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Sumqayıt şəhəri üzrə 43 saylı tam orta məktəbin komandası I yeri,  Abşeron rayonu üzrə H. Axundov adına Saray qəsəbə 3 saylı tam orta məktəbinin komandası I yeri, Xızı rayonu üzrə isə C.Novruz adına  Sitalçay 1 saylı tam orta məktəbinin  komandası I yeri tutub.
Birinci yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində iştirak etmək hüququ qazanıb.

FHN-in Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib - FOTO

FHN-in Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib - FOTO

FHN-in Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər