FHN Sumqayıtda “Əməyin təhlükəsizliyi” mövzusunda seminar keçirilib

716

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt şəhərində “Əməyin təhlükəsizliyi – iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib. Bu haqda bu gün, 23 noyabr FHN məlumat yayıb.

Seminarda təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Həmçinin, təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə olunub.

Seminarın sonunda FHN-nin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər