Flavinyo: “Daha yaxşı çıxış etmək üçün yeni oyunçular lazım idi” – EKSKLÜZİV AÇIQLAMA

1071

Ölkəmizin çıxışını Avroliqada qrup mərhələsində dayandırmış təmsilçisi “Neftçi”nin aparıcı oyunçularından biri brazilyalı Flavinyo flaqmanın oyununu “sumqayitxeber”ə açıqlamasında şərh edib. Legioner futbolçu bildirib ki, daha yaxşı çıxış etmək üçün yeni oyunçular lazım idi.

 

““Neftçi” çətin İtaliya səfərindən xalla dönsə də, bu nəticə qrup mərhələsini son sırada bitirməməyə kömək olmadı. Bunun üçün “ev”də “Partizan”ı yenmək lazım idi. Ümumiyyətlə, “Partizan”la qarşılaşmada qələbəyə nə mane oldu?” sualına o, bu cür cavab verib: “Bildiyiniz kimi, “Partizan”la oyun ərəfəsində qrupdan çıxmaq şansımızı itirmişdik, amma bununla belə, Serbiya təmsilçisi ilə matçda qələbə qazanmağa çalışırdıq. Bu, həm də qrup mərhələsini üçüncü sırada tamamlamaq üçün vacib idi. Amma əfsus ki, sonda qələbəni əldən verdik”.

“Neftçi”nin Avroliqanın qrup mərhələsində daha uğurlu çıxış etməsinə nə mane olduğuna isə Flavinyo belə münasibət bildrib: “Ola bilsin ki, siz komandamızın qrup mərhələsində zəif çıxış etdiyi qənaətindəsiniz, amma mən Avropa Liqasında uğursuz çıxış etdiyini düşünmürəm.Oyun qrafikimiz çox sıx olduğundan zaman-zaman yorğunluq özünü göstərirdi. Bunu aradan qaldırmaq üçün heyətimiz daha geniş olmalıydı. Başqa sözlə, daha yaxşı çıxış etmək üçün bizə yeni oyunçular lazım idi.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər