Gecikmiş yazı və ya abıra qısılmaq

1164

Əslində bu yazı vaxtında yazılsaydı daha təsirli olardı.Amma mən abrıma qısılıb bu yazını yazmadım.İndi yazmağa isə məni dünən facebookda baş verən xırda hadisə vadar etdi.Deməli belə.Çox uzatmayıb əvvəlcə facebookdakı,daha sonra bir neçə ay bundan öncə baş vermiş hadisəni sizlərlə bölüşürəm.Dünən facebook dostluğumda olan bir şəxs(bu arada qeyd edim ki,məndən xahiş edib ki adını hallandırmayım) “Mədəniyyət”kanalının rəhbəri,Dövlət Film Fondunun rəhbəri,yeni kinomatoqrafçılar ittifaqının icraçı katibi Cəmil Quliyevlə olan fotosunu paylaşdı.Mən də şərh yerinə bir tək söz yazdım.Yaraşırsınız.Bu komenti mən yazdım,o sildi.Mən yazdım, yenə o sildi.Beləcə söhbətimiz gəldi çıxdı inboxa.Soruşandakı niyə silirsən,cavab verdi ki,ayıbdır,olmaz.Bu məsələnin facebook tərəfi.İndi gəlin sizə bir neçə ay əvvəl baş vermiş hadisəni danışım.Bildiyiniz kimi Avqustun 1-i məni Aztv-dən uzaqlaşdırdılar.Adını qoydular müqavilə müddəti bitdiyinə görə.Əslində bu hadisə nəyə görə baş verdi hamıya tam aydındır.Atamın yeni yaranmış kinoittifaqla bağlı Azadlıq radiosuna verdiyi müsahibə.İşdən uzaqlaşandan sonra Cəmil Quliyevə zəng edib təşəkkürümü bildirdim.Səhərisi özü mənə telefon açdı və bildirdi ki istəmir adı belə məsələdə hallansın və məni yenidən işə qaytaracağına söz verdi.Bir müddətdən sonra,daha dəqiq bir həftədən sonra məni televizyaya dəvət etdi.Bir həftə keçməsinə baxmayaraq insanlar da dəyişmişdi.Məni görcək telefonu qulağına aparıb üzünü başqa istiqamətə çevirən də,məni görcək sevincindən qucaqlayanda.Beləcə gəlib çatdım Cəmil Quliyevin otağına.Otaqda məni sən demə həyatım boyu başıma gəlməyən iyrənc təklif gözləyirmiş.Sən demə mən atam haqqında Aztv-yə müsahibə verməliyəmmiş.Kinoittifaq haqqında danışmalıyammış.Təbii ki,aldığım tərbiyəyə,vicdanıma,əxlaqıma uyğun olaraq bu təklifi rədd etdim.Otaqdan çıxarkən gözümün qabağında,həyətimizdə böyüyən operator çıxdı.Sən demə məni lentə alacaq şəxs öz  həyətimizdəndir.Dəhlizdə isə qarşıma televiziyada çalışdığım gündən xətrini çox istədiyim,çörək kəsdiyim bir insan çıxdı.Əlində kaset.

Bax elə həmin kaset gətirən və məni çox güman ki sorğu suala tutmalı olan şəxs dünənki fotonun sahibidir.İndə əziz dost sən söylə,fotoya şərh yazana ayıbdır ya çörəyi tapdalayana?

Kamal Almuradlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər